Cəmiyyət

02 İyun

İcbari Sığorta Agentliyi 2 milyonluq yük avtomobili alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman və tibbi vəsaitlərin, eləcə də digər yüklərin daşınması üçün 11 ədəd yük avtomobili alır. 

Fins.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının saytında məlumat yerləşdirilib. 

Artıq elan olunan açıq tenderə yekun vurub. Tenderin qalibi "Az-Tex-Import" MMC-dir. Bununla bağlı sözügedən şirkətə 1822510 AZN ödəniləcək.

Qeyd edək ki, yük avtomobillərinin alınması ilə bağlı tender ötən ayın 27-də elan edilib.