Azərbaycanın lider quşçuluq müəssisələrindən biri olan “Qaraqaşlı Broyler” ASC keçirilən tenderə maraqlı olan şirkətləri iştirak etməyə dəvət edir. Tender 3 istiqamət üzrə elan olunub:
- Neftçala rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən şirkətin istehsalat ərazisinin həm xarici, həm də daxili hissəsinə 100-lük plastik su boruları vasitəsilə su çəkilişi
- Neftçala rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən şirkətin istehsalat ərazisinin həm xarici, həm də daxili hissəsi olmaqla, ümumilikdə 6 km-lıq əraziyə yeni polereton boru çəkilişi
- Bir neçə kilometrlik qaz, elektrik naqillərinin çəkilişi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurma və təmir-bərpa işləri
Bütün texniki şərtlər, taprışırıqlar tenderdə iştirak edən şirkətlərə təqdim olunacaq. Müsabiqədə iştirak etmək üçün [email protected] mail ünvanına müraciət etmək lazımdır. Müvafiq sahədə ixtisaslaşmış istənilən şirkət tenderdə iştirak etmək haqqına sahibdir.
Sənədlərin qəbulu 10.03.2022 - 17.03.2022 tarixləri arasında aparılır.