Cəmiyyət

21 Sentyabr

Yelo Bank tender elan edir

“Yelo Bank” ASC-nin Yeni baş ofisinin Bağ sahəsində və İnzibat binada olan ağaclara, bitkilərə və güllərə qulluğun göstərilməsi məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara cavab verməlidirlər:

  • Peşəkar, təcrübəli, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalı;
  • Sözügedən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşdiriləcəkdir:

  • Təklif ediləcək xidmətin qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
  • Qiymət təklifi (3-cü bənddə nəzərdə tutulan tələblər əsasında təqdim olunmalıdır).
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) sürətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
  1. Tender təklifinin təqdim edilməsinin son tarixi
  • Tender təklifləri 27 Sentyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  • Əgər ehtiyac yaranarsa, bank ilə əlaqə saxlanılıb bağ sahəsinə və inzibati binanın daxilində olan bitkilərə baxış keçirilə bilər.
  1. Tələb olunan xidmətlər
  • Bağ sahəsində və inzibati binada olan bitkilərə, ağaclara və güllərə hər gün qulluq göstərmək
  • Göstəriləcək xidmət üçün tələb olunan işçi sayı şirkət tərəfindən tövsiyyə olunmalıdır.  
  • Qeyd olunan xidmətin göstərilməsi üçün tələb olunan avadanlıqlar təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır.
  • Təchizatçı şirkət tərəfindən göstərilən xidmət dövründə, şirkətin öhdəliyinə verilən hər bir ağaca və bitkiyə görə şirkət məsuliyyət daşıyır və hər hansı bir problem yarandığı zaman həmin bitki və ağacı yenisi ilə əvəz etməlidir.   
  1. Ödəniş və digər şərtlər
  • Tender iştirakçıları fərqli meyarlardan irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Tender qalibinin tender zamanı təqdim etdiyi qiymət il ərzində qüvvədə olacaq.
  • Müqavilənin müddəti 1 il olacaq
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  1. Satınalan təşkilatın ünvanı

Bakı ş. Həsənbəy Zərdabi 81K,

Əlaqələndirici şəxs:

Anar Əsgərzadə

İnzibati və Təchizat departamentinin

Təchizat və satınalma şöbəsinin rəhbəri

+99412 981 daxili 1974

+99455 5056575

  •