Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus" MMC 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 11-i, saat 17:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 404-11-10 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.