Cəmiyyət

10 Fevral

“Azərsu” layihələri izləmək üçün dron alır

“Azərsu” ASC mövcud obyekt və qurğuları, həyata keçirilən tikinti-quraşdırma layihələri, istismar və sahələr üzrə çəkilişlərin aparılması üçün dron və batareyanın satın salınması üçün kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 15-I, saat 12:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Moskva prospekti, 67 ünvanına təqdim edə bilərlər.

Əlaqələndirici şəxs qurumun Satınalmaların İdarə Olunması Departamenti rəisinin müavini Murad Abışev və Tural Rzayevdir. Telefon: (012) 431-47-67(daxili: 10-87) və (012) , 431-47-67 (daxili: 22 66).

Təkliflərə fevralın 16-sı, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.