Cəmiyyət

28 Yanvar

“Yelo Bank” tender elan edir

“Yelo Bank” ASC Oracle məhsulları üçün Software lisenziyası və Hardware texniki dəstək müddətinin uzadılmasını təmin etmək məqsədilə açıq tender elan edir.

Texniki şərtlər elana əlavə olunub.

1.   Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

-      Qiymət təklifi

-      İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

-      Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

-      Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)

2.   Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-      Tender təklifləri 04 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

-      Zərflərin hər küncü möhürlənməlidir.

-      Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

3.   Ödəniş və digər şərtlər

-      Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər.

-      Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.

4.   Satınalan təşkilatın ünvanı

-      Bakı ş. Puşkin küçəsi 30, AZ1010

-      Əlaqələndirici şəxslər:

1)Nigar Baxşiyeva

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+99455 4577616

[email protected]

5.   Tenderin nəticəsi haqqında məlumat

-      Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.

Oracle licenses purchase and hardware support extension for YELO bank