Cəmiyyət

25 Yanvar

Azərgold tender elan edir

Təşkilatın adı: "AZERGOLD" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

Təşkilat VOEN: 1403467421

Təşkilatın ünvanı: Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H

Tender predmeti: İstehsalat üçün kimyəvi maddələrin satın alınması

Tenderin adi: İstehsalat üçün kimyəvi maddələrin satın alınması

İstehsalat üçün kimyəvi maddələrin satın alınması

Başlıq Açıqlama Miqdar  
Kaustik soda (Natrium Hidroksid) NaOH min 98% (quru halda, qranul tərkibində civə olmamalı, 25 kq-lıq qablaşdırmada olmalıdır) 219.35 ton
Qırmızı turşu (red acid B) C20H12N2Na2O7S2 kimyəvi quruluşa malik, CAS № 3567-69-9, Sianidin təyin edilməsi üçün reaktiv 5 ton
Əhəng Sönmüş Ca(OH)2, üyüdülmüş, kimyəvi təmiz (Aktivliyi 70 % dən çox olmalıdır) 3702 ton
Silisium (silisium oksid) SiO2 (silisium oksid, dənəvari (kiçik ölçülü)) AFS 70- Nəmlik 2% maks, gil 0.5% maks, SiO2 99.8% min, Fe 2O3 0.20% maks, Al 2O3 -0.80% maks, CaO 0.20% maks, TiO2 0.08% maxks LOI (yanma zamanı itki) 0.50%maks. 500 kg
Hidrogen peroksid H 2O CAS 7722-84-1 Stabillik min 98%, sərbəst turşu H 2SO4 -max 5.00 ppm, buxarlanma qalığı max -1 ppm, sərbəst turşu min- 35% wt, PH 3.0, xüsusi çəkisi 1.12-1.14 gr/ml (30-35 kq-lıq qablaşdırmada olmalıdır) 2 ton
Antiskalant Mədən sənayesi üçün • Dəmir və kalsium hissəciklərinə, o cümlədən digər asılqan bərk maddələrə nəzarət məqsədilə, patentləşdirilmiş Təzyiqə Davamlı Polimerdən (STP) hazırlanır • 10-a qədər və daha yüksək pH diapazonunda kalsium karbonata yüksək nəzarət (kalsiumdan asılı olaraq) • Yetərli axınla yüksək kalsium və temperaturda sabitlik • pH>8.5-də kalsium karbonat /sulfata ikiqat miqyasda nəzarət • kalsium fosfat çöküntüsü və/yaxud orta-yüksək asılqan bərk maddələrə ikincil nəzarət (20-35 kq lıq qablaşdırmada olmalıdır) 30 ton
Boraks Boraks (Dinatrium tetraborat), Susuz boraks Na 2B 4O7 B 2O3- 68% min, Na 2O -30.27%min, SO4 300 ppm max, Cl -105 ppm max, Fe -150 ppm max, suda həll olmayan- 920 ppm max. qranulometrik tərkib +1.600 mm, 5% max, +0.075 mm 5% max, 25 kq-lıq qablaşdırmada olmalıdır 5 ton
Xlorid turşusu HCl min. 35% (Marka A, 1 tonluq qablaşdırmada olmalıdır) 40 ton

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

22.01.2021 16:15

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

15.02.2021 15:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

23.02.2021 15:00

Zərflərin açılış tarixi və vaxtı

24.02.2021 15:00

İştirak haqqı: 600 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Azərbaycan Respublikası Daşkəsən rayonu Çovdar Filiz Emalı Sahəsi

ÇATDIRILMA MÜDDƏTİ

Müqavilə bağlandıqdan sonra 14 (on dörd) ay ərzində malların təhvil verilməsi tam başa çatdırılmalıdır.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müqavilə üzrə malların dəyəri hissə-hissə, hər faktiki təqdim olunmuş həcm üzrə İcraçı tərəfindən təqdim ediləcək müvafiq ödəniş sənədləri (hesab-faktura, akt və sair) əsasında ödəniləcək.

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış
arayış 2021-ci ilin yanvar və ya fevral aylarında verilmiş olmalıdır
Rekvizitlər
Bank rekvizitləri
Maliyyə vəziyyəti haqqında bank arayışı
arayış 2021-ci ilin yanvar və ya fevral aylarında verilmiş olmalıdır
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat
arayış 2021-ci ilin yanvar və ya fevral aylarında verilmiş olmalıdır
Qeydiyyatdan keçdiyi ölkə
Dövlət Reyestrindən çıxarış və vöen
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
son hesabat ilinə aid mənfəət vergi bəyannaməsi
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
arayış 2021-ci ilin yanvar və ya fevral aylarında verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir
ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Tender iştirakçısının komplekt anket Forması”
formada tələb olunan məlumatlar yazılmaqla
Nizamnamə
Nizamnamə
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış
arayış 2021-ci ilin yanvar və ya fevral aylarında verilmiş olmalıdır
ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Forması
həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
arayış 2021-ci ilin yanvar və ya fevral aylarında verilmiş olmalıdır
 
İxtisas göstəriciləri:
 
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 30 bal

Oxşar təcrübə
15
Oxşar təcrübə (№ 2) üzrə hesablama oxşar mövzu üzrə icra olunmuş işlərə dair müqavilələrin (təhvil-təslim aktları da əlavə olunmaqla) sayına uyğun olaraq aşağıdakı qaydada aparılır: - Yoxdur = 0 bal - Ümumi dəyəri 50 000.00 manatdan çox olan müqavilələr - 2-5 arası müqavilə = 10 bal - Ümumi dəyəri 100 000.00 manatdan çox olan müqavilələr - 2-5 arası müqavilə = 15 bal
Ödəniş qaydası
15
Ödəniş qaydası (№ 3) üzrə hesablama aşağıdakı qaydada aparılır: - 30 %-dək avans tələb olunur = 0 bal - Avans tələb olunmur = 15 bal
 

Qiymət təklifi:: 70 bal

Təklifin qüvvədə olma müddəti
-
30 bank günü
Müqavilənin təminatı
-
Müqavilənin məbləği 100 000 ABŞ dollarının manat ekvivalentindən çox olduğu təqdirdə İcraçı müqavilənin ümumi məbləğinin 2 % (iki faizini) təmin edən icra bank zəmanətini Sifarişçiyə təqdim edir.
Qiymət təklifi
70
Malgöndərən malların/xidmətlərin qiymətinə daxil olmayan, Sifarişçi tərəfindən bu sənəddə malların/xidmətlərin qiymətinə daxil edilməsi zəruri hesab olunmayan, və satınalan təşkilatın ödəyəcəyi (ödəməli olduğu) bütün əlavə xərcləri ayrıca göstərilməlidir. Əgər əlavə xərclər bunun üçün nəzərdə tutulmuş ayrıca bölmədə (“Əlavə xərclər” bölməsində) göstərilmirsə bütün əlavə xərclərin malların/xidmətlərin qiymətinə daxil edildiyi qənaətinə gəlinir. Əgər malların/xidmətlərin qiymətinə daxil edilməyibsə malların çatdırılmasına dair bütün şərtlər və məbləğ, o cümlədən İNCOTERMS şərtləri “Çatdırılma” hissəsində ətraflı göstərilməlidir. Qiymətlərin hansı valyuta ilə hesablandığı cədvəldə göstərilməlidir.
Tender təklifinin təminatı
-
Tender təklifinin 1% həcmində təminat tələb olunur.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı gündən qüvvədə olma müddəti)
Təklifin təminatı: 60 bank günü (Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra)
Aygül Tağıyeva
Təchizat üzrə Baş mütəxəssis
012-505-02-02

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir