Cəmiyyət

15 Dekabr

Bakı Nəqliyyat Agentliyi əməkdaşları üçün işçi geyim formaları satın alır

Bakı 15 dekabr Fins.az

Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs V Dizayn Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Müqavilədə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları üçün işçi geyim formalarının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 49 000 manatdır.

Qeyd edək ki, “V-Dizayn” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 1 364 000 manatdır və qanuni təmsilçisi Mahir Muradovdur.