Cəmiyyət

15 Dekabr

Azərenerji tender elan edir

Bakı 15 dekabr Fins.az

Təşkilatın adı: "AZƏRENERJİ" AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ

Təşkilat VOEN: 9900000421

Təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10

Tender predmeti: 1 ədəd yeni 12 sərnişinlik avtomobilin satın alınması

Tenderin adi: 1 ədəd yeni 12 sərnişinlik avtomobilin satın alınması

1 ədəd yeni 12 sərnişinlik avtomobilin satın alınması

Başlıq Açıqlama Miqdar  
yeni 12 sərnişinlik avtomobil Buraxılış ili : 2020 Ban növü : sərnişin daşıma Yürüş: 0 km Mühərrikin həcmi : 2.7-3.5 L Mühərrikin gücü: 100-200 a.g. Rəng : Ağ Yanacaq növü : benzin Sürət qutusu : Mexaniki Ötürücü : Arxa Ekoloji sinfi: Avro-5 Zəmanət 2 il və ya 80.000 km Çatdırılma müddəti: 30 təqvim günü 1 ədəd

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

16.12.2020 10:58

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

11.01.2021 10:58

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

19.01.2021 10:58

Zərflərin açılış tarixi və vaxtı

21.01.2021 10:58

İştirak haqqı: 500 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri, Nərimanov rayonu, 501-ci küçə, 2095 məhəllə

ÇATDIRILMA MÜDDƏTİ

Sifariş edilən vaxtdan ən çoxu 1 ay (30 təqvim günü) müddətinə çatdırılmalıdır

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Mallar və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Qeydiyyatdan keçdiyi ölkə
Qeydiyyat şəhadətnaməsi təqdim olunmalıdır. Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Zəruridir. Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Zəruridir. Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Nizamnamə
Zəruridir. Notarial qaydada təsdiq olununmalıdır. Təsdiqedici sənəd skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənədr
Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən elektron tenderdə iştirak edə bilməz) PDF formatında yerləşdirilməsi zəruridir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Zəruridir. Vergi orqanları tərəfindən təsdiqlənmiş mənfəət bəyannaməsi. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
Rekvizitlər
Zəruridir. Malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış, sahibkarklıq kateqoriyası haqqında məlumat-Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı
Zəruridir. Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
 
İxtisas göstəriciləri:
İddiaçının analoji işlərdə təcrübəsi haqqında məlumatlar;bağlanmış müqavilələrin məbləği, predmeti, sifarişçi və tarixi göstərilməklə təsdiqlənmiş cədvəl formasında
Zəruridir. Arayış formasında imzalanıb möhürlənərək skan olunub PDF formatında təqdim olunmalıdır.
Təhvil verilən avtomobilin istehsal ili 2020-ci ildən aşağı olmamalı, yeni olmalı və sifarişçiyə təhvil verildikdən sonra ən azı 2 il və ya 80 000 km zəmanət verilməlidir.
Zəruridir. Öhdəlik arayış formasında imzalanıb möhürlənərək PDF formatında təqdim olunmalıdır.
"İddiaçı”nın son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; bağlanmış müqavilələrin məbləği, predmeti, sifarişçi və tarixi göstərilməklə təsdiqlənmiş cədvəl formasında
Zəruridir. Skan olunub PDF formatında təqdim olunmalıdır.
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat
Zəruridir. Arayış formasında imzalanıb möhürlənərək skan olunub PDF formatında təqdim olunmalıdır.
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 10 bal

Malların çatdırılma müddəti. Malların çatdırılma müddəti ƏŞT-da göstərildiyi kimi sifariş edildikdən sonra maksimum 1 ay (30 otuz gün) müddətində olmalıdır. Bundan artıq müddətə çatdırılma vermiş iddiaçıların tender təklifləri qiymətləndirməyə alınmır.
10
Satınalan təşkilatın Əsas şərtlər toplusunda qeyd etdiyi çatdırılma müddəti şərti ödənilməklə malları ən az gün sayı müddətində çatdıran iddiaçı 10 balla qiymətləndirilir. Qiymətləndirməyə dair tam məlumat ƏŞT-da qeyd edilib. 1 aydan (30 gündən) yuxarı müddətə çatdırılma təklif edən iddiaçıların tender təklifləri qiymətləndirməyə alınmır.
 

Qiymət təklifi:: 90 bal

Qiymət təklifi
90
Tender Təklifinin qiymətinə bütün vergilər (ƏDV daxil), rüsumlar və digər tələb olunan xərclər daxil olmaqla göstərilməlidir. İddiaçılar tərəfindən tender təklifləri (predmetin həcmi) tam şəkildə verilməlidir. Tender təklifinin forması və qiymətin hesablanma qaydası əsas şərtlər toplusunda göstərilmişdir. Təqdim olunan qiymət təklifində ƏŞT-nun 17-ci maddəsinə uyğun olaraq təqdim edilən malların bütün texniki göstəriciləri (spesifikasiyaları) göstərilməlidir.
Tender təklifinin təminatı
-
Təklif təminatının tələb edilən məbləği: Tender təklifinin (ƏDV daxil) 1 % (təklifinin ümumi qiymətinin bütün vergilər, rüsümlar daxil olmaqla). Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.
Təklifin qüvvədə olma müddəti
-
Təklifin qüvvədə olduğu müddət: ən azı 30 bank günü (təklif zərfləri açıldıqdan sonra)
Müqavilənin təminatı
-
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 5 % (faizi) həcmində müəyyən edilir. Müqavilənin qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı gündən qüvvədə olma müddəti)
Təklifin təminatı: 60 (Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra)
Elçin İsmayılov
baş mütəxəssis
5982696, 4900927, 5980556

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir