Cəmiyyət

05 Noyabr

Minik, yük və sərnişin daşıma avtomobillərinin satın alınması – TENDER

Təşkilatın adı: "DÖVLƏT TİBBİ-SOSİAL EKSPERTİZA VƏ REABİLİTASİYA AGENTLİYİ" PUBLİK HÜQUQİ ŞƏXSİ

Təşkilat VOEN: 1003853391

Təşkilatın ünvanı: Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134

Tender predmeti: Minik, yük və sərnişin daşıma avtomobillərinin satın alınması

Tenderin adi: Minik, yük və sərnişin daşıma avtomobillərinin satın alınması

Minik, yük və sərnişin daşıma avtomobillərinin satın alınması

Başlıq Açıqlama Miqdar  
Sərnişin daşıma avtomobili, 14+1 oturacaqlı, mühərrik həcmi 2.2 L, turbo dizel mühərriki, 125 at gücündə, 6 pilləli müxaniki transmissiya, hava yastıqlı, mərkəzi kilid, ABS, BA və EBD, ESP Traction Control, 3 nöqtəli təhlükəsizlik kəməri, immobilayzer, hidravlik sükan, multifunksional sükan, audio sistem, ön elektrik şüşəqaldırıcı, avtomatik açılıb bağlanan ayaqaltı, ölçüləri - 5981/2474/2481mm , min. 12 ay zəmanətlə Bakı şəhəri 1 ədəd
Furqon tipli yük avtomobili, istehsal ili 2020, 2+1 oturacaqlı, 2.3 L turbo dizel mühərrikli, min. 125 at gücündə, 6 pilləli müxaniki transmissiya, hava yastıqlı, mərkəzi kilid, ABS, AFU, ESP, 3 nöqtəli təhlükəsizlik kəməri , hidravlik sükan, bort kompyuter, kruiz kontrol, yağış sensoru, işıq sensoru, sükanın hündürlüyə görə tənzimlənməsi, kondisioner, slide tipli yan qapı, , 〖180〗^o ( yuxarı) arxa qapı, yük bölümünün döşəməsində bərkitmə halqaları, audio sistem, yan güzgülərin isidilməsi, ön led işıqlar, xrom işləməli radiator, yük götüürmə qabiliyyəti 1200-1500kq (10.8 kub), ölçüləri – 6225/2470/2488mm, yük bölümü – 3733/1765/1894mm , min. 12 ay zəmanətlə Bakı şəhəri 1 ədəd
Minik avtomobili, istehsal ili 2020, mühərrik həcmi 1.4 L, yanacaq növü benzin, silindr sayı 4, mühərrikin gücü 95 at gücü, sürət qutusu 5 pilləli mexaniki, ötürücü ön, hidravlik sükan, yük götürmə qabiliyyəti 5 sərnişin+425 kq, 5 oturacaqlı, kondisionerli, hava yastıqlı, xarici rəng – ağ, daxili rəng – qara (parça) , metal disklər – 195/60/R16 , Avtomobilin ölçüləri – 4756/1832/1880mm, çəkisi 1370 kq, min. 12 ay zəmanətlə Bakı şəhəri 1 ədəd

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

05.11.2020 11:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

30.11.2020 15:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

08.12.2020 18:00

Zərflərin açılış tarixi və vaxtı

09.12.2020 15:00

İştirak haqqı: 150 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri

ÇATDIRILMA MÜDDƏTİ

21.12.2020-ci il tarixinədək.

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Avans ödənişi 30 %

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Statistika Komitəsindən alınmalıdır. Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
2019-cu il üzrə
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Uçotda olduğu Vergi orqanından alınır
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir
Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Zəruridir
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alınır
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir
 
İxtisas göstəriciləri:
 
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 10 bal

Nəqliyyat vasitələrinə texniki zəmanət verilməsi
10
Ən çox nəqliyyat vasitələrinə yürüş məsafəsinə və ya müəyyən müddətə texniki zəmanətini təklifdə göstərən iddiaçı 10 balla, qalan iddiaçılar 0 balla qiymətləndiriləcəkdir.
 

Qiymət təklifi:: 90 bal

Müqavilənin təminatı
-
 
Təklifin qüvvədə olma müddəti
-
Təklifin açıldığı tarixdən sonra azı 30 bank günü.
Tender təklifinin təminatı
-
Tender təklifi ilə birlikdə tender təklifi dəyərinin 1% -i məbləğində təminat (bank zəmanəti formasında) təqdim edilməlidir (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Qiymət təklifi
90
Tender təklifində və qiymət cədvəlində işin ayrılıqda qiyməti və ümumi qiyməti göstərilməlidir. Qiymət cədvəlində göstərilən qiymətlər, bütün xərclər, o cümlədən nəqliyyat, vergi, rüsum, çatdırılma və digər xərclər nəzərə alınmaqla əsas şərtlər toplusunda göstərilən malların bütün həcmini əhatə etməklə təqdim edilməlidir. İddiaçılar tərəfindən təqdim olunan təkliflər satınalan təşkilat tərəfindən bütün bu xərclər daxil olmaqla başa düşüləcək və qiymətləndirmə buna uyğun aparılacaqdır. Tender təklifində və qiymət cədvəlində təklif olunan işlər tenderin əsas şərtlər toplusunda tələb olunan texniki xüsusiyyətlərə və parametrlərə uyğun olmalıdır.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Camal Əhmədov
satınalma mütəxəssisi
(012) 5698289 (194)

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 05.11.2020 11:00 tarixindən sonra əldə edə bilərsiniz