Cəmiyyət

29 Oktyabr

Azerenerji tender elan edir

Təşkilatın adı: "AZƏRENERJİ" AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ

Təşkilat VOEN: 9900000421

Təşkilatın ünvanı: AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10

Tender predmeti: Kimya laboratoriyası üçün avadanlıqların satın alınması

Tenderin adi: Kimya laboratoriyası üçün avadanlıqların satın alınması

Kimya laboratoriyası üçün avadanlıqların satın alınması

Başlıq Açıqlama Miqdar  
Karl Fischer (yağda nəmin təyini sistemi) - ASTM D6304, ASTM D1533 1 ppm həssaslığında analiz aralığına sahib; kompakt, istifadəsi asan kolumetrik titratordur. Texniki xüsusiyyətləri: Yüksək görüntülü, rəngli ekran 3 ədəd USB, 1 ədəd LAN və 2 ədəd RSR 232 interfeysi Nəticələri PDF və ya CSV olaraq ixrac etmə xüsusiyyəti Ölçmə aralığı 1 ppm – 5 % (10 µg – 100 mg) Dərhal analiz qrafikini izləmə ISO 8655-a uyğunluq, Dəqiqliyi 0.15 % Həsasslığı 0.05 - 0.07 % 1 dəst
G10S TİTRATOR ASTM D1067 Geniş toxunmalı ekrana sahib olan titratorda analiz etmək üçün cəmi bir dəfə toxunmaq yetərlidir. Hər istifadəçi özünə aid ana səhifə və metodlar yarada bilməkdədir. Cihaz titrantı avtomatik olaraq tanıdığı üçün xəta payı minimuma endirilir. Texniki Spesifikasiyaları Növ: Patontiometrik Titrləmə Ekran: 5.7 inç toxunmalı VGA ekrana sahibdir. Büret: Daxildir. Metod sayı: 5 hazır metod cihazın hafizəsində saxlanıla bilməkdədir. 1 dəst
UV-VIS SPECTROPHOTOMETER – ASTM D0859, ASTM D1068, ASTM D1688 və s. Texniki Spesifikasiyaları Spektrofotometr, ən az 190 - 1100 nm dalğa boylarında ölçmə edə bilməlidir. Cihaz optik sistem ile işləməlidir. Cihaz içerisində hərəkəttli heç bir parça olmamalıdır. Cihazıda Xenon işıq qaynağı istifadə edilməlidir. Cihazın içərisindəki işıq fiber optik kabel üzerindən ötürülməlidir. Cihaz 190-1100 nm arasındaki dalğa boylarında 1 saniyədə ölçmə edə bilməlidir. Cihazın ekranı, ən az 7" rəngli və toxunmalı olmalıdır. Cihazdan USP port ilə məlumatlar əldə edilə bilməlidir. Cihaza arzu edildiyində 50 ml-ə qədər ölçmə edə bilən və ya qatı nümunələr üçün tutucular taxıla biməlidir. Cihaza ehtiyac olduğu zaman 8 nümunə hüceyrəsinə sahib olan tutucu taxıla bilməlidir. Cihaz fotomerik ölçmələrdə kalibrasiya qrafiki istifadə edərək və ya faktorlama metodu istifadə edərək nəticə verməlidir.. Kalibrasiya qrafikləri ekrandan görülə bilməlidir. Cihaz avtomatik dalğa boyu analizi edə bilməli və əldə edilən qrafikdə təpə nöqtələrini avtomatik olaraq təyin edə bilməlidir. Cihaza istəyə bağlı olaraq peltier sistem əlavə edilə bilməlidir. Cihazın Peltier sistemi 4-95 dərəcə arasında təyin edilə bilməlidir. Cihaza istəyə bağlı olaraq printer və barkod oxuyucu əlavə edilə bilməlidir. 1 dəst
SEVEN COMPACT S220 (sularda PH-ın təyini) - ASTM D1293 Kalibrasiya etmək üçün ekrana cəmi bir dəfə toxunmaq kifayətdir. Dəyişkən xassəyə malik olan nümunələrdə belə həssas nəticə əldə edilməsini təmin edən Expert Pro sensoru cihaz üzərində veriləcəkdir. Nümunəyə uyğun elektrod istifadə edilidiyi zaman ion miqdarı ölçümünü də edə bilməkdədir. Texniki Spesifikasiyaları pH ölçmə aralığı: -2 -- 20 Sensor: InLab Expert Pro- ISM pH həssasiyyəti: 0.002 Temperatur aralığı: - 30 0C – 130 0C Temperatur həssasiyyəti: 0,1 0C Hafizə: 1000 Nəticə 1 dəst
TAN / TBN (yağda qələvilik və turşuluq ədədinin təyini) - ASTM D2896, ASTM D664 Bütün analizlərin qrafik təqibi və təhlili böyük sensor ekranda asanlıqla edilə bilər. Bu sistem 1000 ədəd fərqli metod və hesabatı yaddaşında saxlaya bilir və tez-tez istifadə olunan 50 metod üçün qısayoldan təriflər daxil edir. Bu şəkildə, əsas ekranda istənilən metod tez bir zamanda çağırıla bilər. Eyni anda 16 fərqli analizin aparılmasına imkan verən yeni proqram sayəsində analizlər arasında gözləmə tələb olunur. Cihaz və Analiz Detalları DIN ISO 8655-ə uyğunluq və dəqiqlik dərəcəsi <% 0.15 / həsasslıq isə <0.05 -% 0.07 mV dəqiqliyi - 2000…2000/ 0.1 +/- 1 rəqəm dəqiqlik Bütün məlumat girişləri üçün virtual klaviatura Nəticələrin avtomatik ötürülməsi (LIMS) PDF hesabat formatı Analizlə eyni vaxtda qrafiki izləmə USB və ya bluetooth bağlantısı vasitəsilə printer çıxışı Manual titrləmə seçimi Əvvəlcədən proqramlaşdırılmış beynəlxalq test metodları 1 dəst
PetraMax HDXRF (yağlarda və yanacaqlarda kükürdün təyini) - ASTM D4294, İSO 8754, IP 336 Yeni nəsil PetraMax kükürd təyin sistemləri, ASTM D4294, ISO 8754 və IP 336 standartlarına uyğun olaraq yağ və yanacaq nümunələrində kükürd və 12 əlavə elementin aşkar edilməsi üçün hazırlanmışdır. Xüsusi optika ilə gücləndirilmiş HDXRF texnologiyası ilə 5,7 ppm səviyyəsinə qədər kükürdü aşkar edə bilən Petra sistemləri,12 əlavə element ilə birlikdə qərarlı və dəqiq nəticələr əldə edilməsinə sahibdir. Petra sistemlərində istifadə edilən üfüqi ölçü kamerası, nümunənin axan və mümkün olan sızma halında detektora ziyan vurmasının qarşısını alır. Xüsusiyyətləri 7 ml nümunə həcmi 5.7 ppm -%10 aralığında geniş ölçü tutumu 30 ilə 900 san aralığında tənzimlənən analiz müddəti 30 müxtəlif kalibrasiya əyrisini saxlama Qabaqcıl məlumat idarəetmə proqramı Toxunma ekranı USB,İnternet və printer bağlantı İstifadə Sahələri Neftayırma Laboratoriyaları Boru Xətti Terminalları Daxili İstifadə Qatqı Maddələri Enerji İstehsal Müəssisələri Mobil Laboratoriyalar Müayinə Laboratoriyaları Texniki Xüsusiyyətləri Dinamiki Ölçmə Aralığı Kükürd 5.7 ppm – 10 wt % Ölçü Limitləri Kükürd 5.7 ppm Proqramlar Xam neft, dizel, benzin, təyyarə yanacağı, yağlar və s. Cihaz eyni anda aşağıdakı elementləri təyin etməyə imkan verməlidir: Kükürd, Fosfor, Xlor, Kalium, Kalsium, Vanadium, Xrom, Manqan, Dəmir, Koblat, Nikel, Mis, Sink, 1 dəst
Pasol 10 (Oksidləşmə Stabilliyi Analizatoru) – ASTM D2272-B Analiz muddətincə isitmə xəzinəsi və nümunənin temperaturunu cihaz ekranı üzərindən davamlı nəzarət edilə bilməlidir. Cihazın toxunmalı ekranı cihazın üstündə olmalıdır və bütün nəzarətlər xarici kompyuterə ehtiyac olmadan bu ekran üzərindən analiz müddətincə nəzarət edilə bilməlidir. Cihaz turbin yağlarının nə qədər vaxtda oksidləşdiyini təyin edir. ASTM D2272 standart test metoduna uyğun olaraq quru xəzinədə yağın oksidləşmə səviyyəsini təyin etməyə imkan verir. Yeni və istifadə olunmuş yağların oksidləşmə stabilliyi testləri üçün inkişaf etdirilmiş Pasol-10 Analiz Sistemi, istifadəsi RPVOT (Rotating Pressure Vessel Oxidation Test) metodu ilə bir oksigen təzyiqi altında saxlanan nümunəni 200 0C-yə qədər istənilən temperaturda qızdıraraq oksidləşmənin başlanmasına qədər keçən müddəti aşkarlayaraq hər hansı bir istifadəçi müdaxiləsi olmadan avtomatik olaraq təyin və qeyd edir. Texniki xüsusiyyətləri: Tam avtomatik analiz Fərqli təzyiq vahidləri ilə işləmə (bar/psi/Kpa) 200°C’yə qədər həssas tempratur kontrolu Sürətli soyutma üçün daxili soyutma xəzinəsi Daxili yaddaş qurğusu Paslanmaz poladda sınaq bölməsi İstifadəçi metodları Nümunə temperatur indikatoru Tək düymə ilə oksigen doldurulması və boşaldılması Təmassız maqnitli qarışdırma platforması Windows əməliyyat sistemi və PC vasitəsilə tam kontrol USB və Ethernet bağlantı portları Yüksək temperatur və təzyiq kontrol hissələri Analiz müşahidə imkanı – Eyni anda temperatur və təzyiqə nəzarət Test xəzinəsi - Paslanmaz polad – quru xəzinə Nümunə qarışdırma – Təmassız maqnitli platforma Temperatur ölçmə həsasslığı - 0.01 °C Sayğac həssaslığı - 0.1 sn Nümunə həcmi - 50g Data transfer - USB PC Elektrik təchizi - 220 VAC – 50 Hz 1 dəst
Vapol 10 (yağda buxar aktarım sistemi) - ASTM D6304, ASTM D1533 Karl Fişer və oxşar olaraq su təyini sistemləri ilə birlikdə istifadəsi inkişaf etdirilən VAPOL Buxar Ötürmə Sistemi, titrləmə həlləri ilə qarşılıqlı əlaqə imkanı yüksək maye və analiz kamerası üçün uyğun olmayan yağ və başqa qatı nümunələrin 1 ppm səviyyəsinə qədər nəmlik miqdarlarının müəyyən olunmasına kömək edir. Texniki xüsusiyyətləri: Temperatur Aralığı - 200°C ye kadar Ölçmə həssaslığı - 0,01°C İstifadəçi interfeysi - Gaz akış ve sıcaklık kontrolü Çalışma Ortamı- 10°C – 35°C Elektrik təchizi- 110-240 VAC-50/60 Hz 1 dəst

ÜSL kod (kateqoriya) -

Açıq tenderin başlama tarixi və vaxtı

29.10.2020 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

25.11.2020 09:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

03.12.2020 09:00

Zərflərin açılış tarixi və vaxtı

04.12.2020 09:00

İştirak haqqı: 500 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri, Nərimanov rayonu 501-ci küçə, 2095 məhəllə

ÇATDIRILMA MÜDDƏTİ

Sifariş verildiyi vaxtdan sonra ən çoxu 10 həftə (70 gün) ərzində

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Mallar və onun təhvil verilməsini təsdiq edən sənədlər (qaimə, hesab-faktura) qəbul edildikdən sonrakı 15 (on beş) bank günü ərzində

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər
Zəruridir. Malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən cixarış, sahibkarklıq kateqoriyası haqqında məlumat-Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı
Zəruridir. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd
Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (iri sahibkarlıq subyektləri qanuna əsasən elektron tenderdə iştirak edə bilməz) PDF formatında yerləşdirilməsi zəruridir;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Zəruridir. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Zəruridir. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
Nizamnamə
Zəruridir. Notarial qaydada təsdiq olununmalıdır. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
Qeydiyyatdan keçdiyi ölkə
Qeydiyyat şəhadətnaməsi təqdim olunmalıdır.Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Zəruridir. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir.
 
İxtisas göstəriciləri:
Təhvil verilən bütün malların istehsal ili 2020-ci ildən aşağı olmamalı, yeni olmalı və sifarişçiyə təhvil verildikdən sonra ən azı 1 il müddətində zəmanət verilməlidir. Cihazların çatdırılması, quraşdırılması, ehtiyac olduqda texniki servislərinin göstərilməsi və lazımi təlimlərinin verilməsi Bakıda həyata keçirilməlidir. Təlimlər bitdikdən dərhal sonra təlim keçmiş işçilər müvafiq avadanlıqlar üzrə Beynəlxalq Sertifikatlarla təmin edilməlidir. Gətirilmiş cihazlar akkreditasiya olunmuş qurumlar tərəfindən yoxlanılmalı və sertifikatlaşdırılmalıdır. Cihaz ən az 1 il ödənişsiz baxım və servis, eyni zamanda ən az 4 il müddətində ehtiyyat hissələrinin təmini qarantiyası ilə təhvil verilməlidir.
Zəruridir.Öhdəlik arayış formasında möhürlənib,imzalanaraq PDF formatında təqdim olunmalıdır.
İddiaçının analoji işlərdə təcrübəsi haqqında məlumatlar;bağlanmış müqavilələrin məbləği, predmeti, sifarişçi və tarixi göstərilməklə təsdiqlənmiş cədvəl formasında.
Zəruridir.Arayış formasında imzalanıb möhürlənərək.PDF formatında təqdim olunmalıdır.
İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat;
Zəruridir.Arayış formasında imzalanıb möhürlənərək.PDF formatında təqdim olunmalıdır.
İddiaçı”nın son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; bağlanmış müqavilələrin məbləği, predmeti, sifarişçi və tarixi göstərilməklə təsdiqlənmiş cədvəl formasında.
Zəruridir. Arayış formasında imzalanıb möhürlənərək.PDF formatında təqdim olunmalıdır.
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 10 bal

Malların çatdırılma müddəti. Malların çatdırılma müddəti ƏŞT-da göstərildiyi kimi sifariş edildikdən sonra maksimum 10 həftə (70 gün) müddətində olmalıdır. Bundan artıq müddətə çatdırılma vermiş iddiaçıların tender təklifləri qiymətləndirməyə alınmır.
10
Satınalan təşkilatın Əsas şərtlər toplusunda qeyd etdiyi çatdırılma müddəti şərti ödənilməklə malları ən az gün sayı müddətində çatdıran iddiaçı 10 balla qiymətləndirilir. Qiymətləndirməyə dair tam məlumat ƏŞT-da qeyd edilib.10 həftədən (70 gün) yuxarı müddətə çatdırılma təklif edən iddiaçıların tender təklifləri qiymətləndirməyə alınmır
 

Qiymət təklifi:: 90 bal

Qiymət təklifi
90
Tender Təklifinin qiymətinə bütün vergilər (ƏDV daxil), rüsumlar və digər tələb olunan xərclər daxil olmaqla göstərilməlidir. • İddiaçılar tərəfindən tender təklifləri (predmetin həcmi) tam şəkildə verilməlidir. •Tender təklifinin forması və qiymətin hesablanma qaydası əsas şərtlər toplusunda göstərilmişdir. Təqdim olunan qiymət təklifində ƏŞT-nun 17-ci maddəsinə uyğun olaraq təqdim edilən malların bütün texniki göstəriciləri (spesifikasiyaları) göstərilməlidir.
Tender təklifinin təminatı
-
Təklif təminatının tələb edilən məbləği: Tender təklifinin (ƏDV daxil) 1 % (təklifinin ümumi qiymətinin bütün vergilər, rüsümlar daxil olmaqla) Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.
Təklifin qüvvədə olma müddəti
-
Təklifin qüvvədə olduğu müddət: ən azı 30 bank günü (təklif zərfləri açıldıqdan sonra)
Müqavilənin təminatı
-
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 5 faizi həcmində müəyyən olunacaq.

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Azad Məmmədov
Aparıcı mütəxəssis
(012)- 490-09-27, 598-26-96; 598-05-56
(012)- 490-09-27, 598-26-96; 598-05-56

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 29.10.2020 09:00 tarixindən sonra əldə edə bilərsiniz