Təşkilatın adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
Təşkilat VOEN: 9900048721
Təşkilatın ünvanı: Əlibəy Hüseynzadə, 74. AZ 1009
Tender predmeti: Yevlax şəhərindəki Ehtiyat Məlumat Mərkəzinin ərazidaxili abadlaşdırma və istismar infrastrukturunun yaradılması xidmətlərinin satın alınması
Tenderin adi: Yevlax şəhərindəki Ehtiyat Məlumat Mərkəzinin ərazidaxili abadlaşdırma və istismar infrastrukturunun yaradılması xidmətlərinin satın alınması
Yevlax şəhərindəki Ehtiyat Məlumat Mərkəzinin ərazidaxili abadlaşdırma və istismar infrastrukturunun yaradılması xidmətlərinin satın alınması
Başlıq |
Açıqlama |
Miqdar |
|
Yevlax şəhərindəki Ehtiyat Məlumat Mərkəzinin ərazidaxili abadlaşdırma və istismar infrastrukturunun yaradılması xidmətlərinin satın alınması |
Ətraflı təsvir Şərtlər toplusunda qeyd olunmuşdur. |
4 |
ay |
ÜSL kod (kateqoriya) -
Açıq tenderin başlama tarixi və vaxtı
22.08.2020 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
13.10.2020 15:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı
21.10.2020 15:00
Zərflərin açılış tarixi və vaxtı
22.10.2020 15:00
İştirak haqqı: 1000 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
Yevlax şəhəri, Qanboy Bəy Quliyev 1
ÇATDIRILMA MÜDDƏTİ
Müqavilə imzalandıqdan sonra 4 ay
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Layihə tam qəbul edildikdən sonra hər iki Tərəfin imzaladığı Təhvil-təslim aktına uyğun olaraq faktura əsasında 100%
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Təşkilati və hüquqi sənədlər:
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
skan versiya
Nizamnamə
scan versiya yüklənməlidir
Mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olması haqda arayış
Arayış Statistika komitəsi tərəfindən təqdim olunmalıdır. Scan versiya yüklənməlidir
Maliyyə vəziyyəti haqqında bank arayışı
scan versiya yüklənməlidir
NDA
NDA şərtlər toplusuna əlavə olunmuşdur. İmzalanmış formada yüklənilsin
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
scan versiya yüklənməlidir
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
scan versiya yüklənməlidir
Rekvizitlər
scan versiya yüklənməlidir
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 50 bal
Sığorta
2
İddiaçı bütünlüklə layihənin icrası zamanı göstərilən mallar və xidmətlər üçün bütün müvafiq sığortaları almalıdır. İddiaçı, bu RFQ sənədinin predmeti olan xidmətlərinin həyata keçirilməsi zamanı təhlükəsizlik və sığorta ilə əlaqədar hər hansı bir problemə görə tam məsuliyyət daşıyır və Azərbaycan Respublikasının hazırda qüvvədə olanqanunvericiliyinin müvafiq qanunvericiliyinə uyğun olaraq sığortanın verilməsinə cavabdehdir. İddiaçının, səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, tələbi təsdiq edən Təminat məktubu
sertifikatlaşma və xüsusii icazələr
4
İddiaçı, Azərbaycan Respublikasının səlahiyyətli orqanı (Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş Baş podratçı kimi xüsusi inşaat işlərinin icrasına icazə verən müvafiq Lisenziyaya malik olmalıdır.Azərbaycan Respublikasının səlahiyyətli orqanı (Fövqəladə Hallar Nazirliyi və ya İqtisadiyyat Nazirliyi) tərəfindən verilmiş xüsusi inşaat işlərinin icrasına icazə verən etibarlı Lisenziya
Layihə komandasının iş təcrübəsi və sertifikatları
3.5
Cəlb olunan Layihə komandasının ixtisas meyarı üzrə tələblər: - Layihə və planlaşdırma meneceri - oxşar layihələrdə 5 il müvafiq iş təcrübəsi - Layihə koordinatoru - oxşar layihələrdə 5 il müvafiq iş təcrübəsi - Sahə rəisi - oxşar layihələrdə 5 il müvafiq iş təcrübəsi olan təcrübəli inşaat mühəndisi - Ərazi üzrə texniki işçilər - quraşdırma və işçi qüvvəsi - oxşar layihələrdə 3 il müvafiq iş təcrübəsi Cəlb olunan hər bir Komanda üzvünün ətraflı CV-si (peşəsi, iş təcrübəsi, vəzifə funksiyaları göstərilməklə həyata keçirilən layihələrin siyahısı, iştitrak etdiyi layihənin təsviri və müddəti. Müştərilərin / işəgötürənlərin zəmanət və tövsiyə məktubları, bu layihədə istifadə ediləcək peşə qabiliyyətlərini təsdiq edən sertifikatlar.
Təhvil vermə müddəti müqavilənin imzalanmasından etibarən tikinti-quraşdırma işlərinin tam bitməsinə qədər 120 gündür ( materialların tədarük edilməsi, quraşdırılması, sınaqdan keçirilməsi və s. daxildir)
6
Layihənin layihə mərhələləri və müddətlərini əhatə edən ətraflı bir icra planı (Qant diaqramı)
İnşaat zamanı təhlükəsizlik tədbirləri
2
AzInTelecom-un sahəsində aparılan bütün quraşdırma və inşaat işləri inşaat sahəsində təhlükəsizliklə bağlı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və AzInTelecom-un Təhlükəsizlik üzrə əlavə tələblərinə (bu RFP sənədinin 2A bölməsi) tam uyğun olaraq aparılacaqdır. İddiaçının, səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, tələbi təsdiq edən Təminat məktubu
Subpodratçı üçün tələblər (İddiaçı layihə işlərinin müəyyən bir qismini subpodrat vasitəsilə yerinə yetirmək niyyətində olduğu təqdirdə, İddiaçı Subpodratçı haqqında ətraflı məlumat təqdim etməlidir)
2.5
İddiaçı adı çəkilən xidmətlər sahəsində ən azı 3 il iş təcrübəsinə malikdir Göstərilən xidmətlərin təsviri: Layihənin adı, təsviri, yerinə yetirilmə qrafikləri və s. verilməklə son 3 il ərzində imzalanmış minimum 3 müqavilə. Siyahıda müqavilələrin qısa xülasəsi (predmeti, etibarlılıq müddəti, Müştərinin adı, layihənin ümumi məbləği və s.) əks olunmalıdır . Bu tələblərə zəmanət qismində göstərilən layihələrin müddətləri səlahiyyətli orqan tərəfindən verilmiş xüsusi inşaat işləri və sistemlərinin icrasına icazə verən Sertifikatın etibarlılıq müddətinə uyğun olmalıdır
Layihə komandası üçün tələblər, Layihənin icrasına cəlb olunan komanda ən azı aşağıdakı mütəxəssislərdən ibarət olmalıdır: - Layihə və planlaşdırma meneceri - minimum 2 nəfər - Layihə koordinatoru - minimum 1 nəfər - Sahə rəisi - minimum 1 nəfər - Ərazi üzrə texniki işçilər - quraşdırma və işçi qüvvəsi minimum 4 nəfər
3.5
1) Nəzarət və icra komandası haqqında tam təsəvvür yaradan Layihə təşkilati struktur sxemi. 2) Layihə icra komandası haqqında onların vəzifə funksiyalarını özündə birləşdirən məlumat və əlavə edilmiş CV-ləri
İddiaçı bu RFP sənədinin 5-ci bölümündə göstərilən iş və materialların həcmi ilə tanış olmalıdır. İddiaçıdan, təqdim olunan layihə-planlaşdırma sənədlərinə müvafiq olaraq tələb olunan mal və xidmətləri qeyd edilən sənədlərə və qüvvədə olan qanunvericilik norma və tələblərinə uyğunluğunun yoxlanılması üçün AzInTelecom şirkətinin səlahiyyətli əməkdaşlarının nəzarəti altında təhvil verməsi tələb olunur.
2.5
İddiaçı bu RFP sənədinin 5-ci bölümündə göstərilən iş və materialların həcmi ilə tanış olduğunu təsdiq edir. İddiaçı, təqdim olunan layihə-planlaşdırma sənədlərinə müvafiq olaraq tələb olunan mal və xidmətləri qeyd edilən sənədlərə və qüvvədə olan qanunvericilik norma və tələblərinə uyğunluğunun yoxlanılması üçün AzInTelecom şirkətinin səlahiyyətli əməkdaşlarının nəzarəti altında təhvil verəcəkdir.
təminat
3
İddiaçı təqdim olunan malların və xidmətlərin keyfiyyətinə zəmanət verir. Zəmanət müddəti minimum 2 ildir və həm təchiz olunmuş malları, həm də quraşdırılmış sistem/ qurğuların iş keyfiyyətini əhatə edir. Müddətin axımı tikintinin istismarına icazə verildiyi gündən hesablanır. Təqdim olunan mal və xidmətlərin keyfiyyəti ilə bağlı bütün qüsurlar, lazımi qaydada yerinə yetirməmələr və digər məsələlər zəmanət müddəti ərzində İddiaçı tərəfindən İddiaçının hesabına düzəldiləcəkdir. İddiaçının, səlahiyyətli nümayəndə tərəfindən imzalanmış, təminat müddətini və onun şərtlərini təsdiq edən Təminat məktubu
Subpodratçı üçün tələblər (İddiaçı layihə işlərinin müəyyən bir qismini subpodrat vasitəsilə yerinə yetirmək niyyətində olduğu təqdirdə, İddiaçı Subpodratçı haqqında ətraflı məlumat təqdim etməlidir)
2.5
İddiaçı son 3 il ərzində İKT / Hökumət şirkətləri ilə oxşar layihələrdə təcrübə və uğurlu icra göstəricilərinə malikdir (Yerli təcrübəyə üstünlük verilir). 1) İddiaçı tərəfindən eyni xidmətlərin göstərilmiş olduğu ən azı 3 Müştəridən zəmanət/ tövsiyə məktubu. Tövsiyə məktublarında bu cür xidmətlərin növü və göstərildiyi müddət qeyd olunmalıdır 2) Nəzarət və icra komandası haqqında tam təsəvvür yaradan Layihə təşkilati struktur sxemi. 3) Layihə icra komandası haqqında onların vəzifə funksiyalarını özündə birləşdirən məlumat və əlavə edilmiş CV-ləri
Tenderer's experience / İddiaçının iş təcrübəsi
4
Göstərilən xidmətlərin təsviri: Layihənin adı, təsviri, yerinə yetirilmə qrafikləri və s. verilməklə son 3 il ərzində imzalanmış minimum 3 müqavilə. Siyahıda müqavilələrin qısa xülasəsi (predmeti, etibarlılıq müddəti, Müştərinin adı, layihənin ümumi məbləği və s.) əks olunmalıdır . Bu tələblərə zəmanət qismində göstərilən layihələrin müddətləri Azərbaycan Respublikasının səlahiyyətli orqanı (Fövqəladə Hallar Nazirliyi və ya İqtisadiyyat Nazirliyi) tərəfindən verilmiş inşaat işlərinin aparılmasına icazə verən Sertifikatın etibarlılıq müddətinə uyğun olmalıdır.
İddiaçı AzInTelecom ilə əvvəllər əməkdaşlıq etmiş (müqavilələr bağlanmış) olduğu halda, İddiaçı bu əməkdaşlıq çərçivəsində bütün müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirdiyini təsdiqləyir
2
AzInTelecom MMC ilə müvafiq Təhvil-təslim aktı ilə birlikdə müqavilələr, müqavilə şərtlərinin və əməkdaşlığın maddi və ya digər ciddi pozuntularına görə AzInTelecom tərəfindən qaldırılmış məsələlərin olmaması
Ödəniş şərtlərinə uyğunluq
2
İddiaçı Müştərinin təklif etdiyi ödəniş şərtlərini təsdiqləyir. Ödəniş şərtləri İddiaçının səlahiyyətli şəxs tərəfindən imzalanan kommersiya təklifində göstəriləcəkdir
İnşaat sahəsində AR qanunvericiliyinə uyğunluq
3
İddiaçı bu RFP sənədində tələb olunan xidmətlərin icrasını Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsi qüvvədə olan qanunvericilik tələblərinə tam uyğun şəkildə həyata keçirməlidir İddiaçının, səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, tələbi təsdiq edən Təminat məktubu
.Subpodrat işləri
2.5
İddiaçının təsdiqini və subpodrata veriləcək işlərin siyahısını özündə birləşdirən zəmanət məktubu: subpodratçı tərəfindən həyata keçiriləcək iş həcmi müvafiq məbləğlərlə birlikdə dəqiq göstərilməlidir (subpodrat işləri 50% artıq olmamalıdır)
Zəmanət məktublarının olması
3.5
İddiaçı tərəfindən eyni xidmətlərin göstərilmiş olduğu ən azı 3 Müştəridən zəmanət məktubu. Zəmanət məktublarında bu cür xidmətlərin növü və göstərildiyi müddət qeyd olunmalıdır
RFP form / RFP (Təklif üçün sorğu) forması
1.5
İmzalanmış RFP formasının (bütün səhifələrin) skan edilmiş faylı və portala təqdim olunan doldurulmuşn.xlsx formatındakı RFP sənədi
Qiymət təklifi:: 50 bal
Müqavilənin təminatı
-
Müqavilə dəyərinin 2% həcmində, müqavilə imzalandıqdan sonra dərhal təqdim olunmalıdır.
Qiymət təklifi
50
Qiymət təklifinə ƏDV, Gömrük, Vergi, daşınma və sair kimi bütün xərclər daxil olmalıdır
Tender təklifinin təminatı
-
təklifin dəyərinin 1%-i həcmində açılış tarixindən etibarən 60 bank günü müddətində etibarlı olmalıdır
Təklifin qüvvədə olma müddəti
-
açılış tarixindən etibarən 30 bank günü müddətində etibarlı olmalıdır
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: |
30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
Təklifin təminatı: |
60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
Kamil Bektaşi
İnzibati işlər departamentinin rəhbərinin müavini
+994122000074
+994122000074
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.