Cəmiyyət

06 Oktyabr

Dövlət Məşğulluq Agentliyi tender elan edir

Təşkilatın adı: “DÖVLƏT MƏŞĞULLUQ AGENTLİYİ“ PUBLİK HÜQUQİ ŞƏXSİ

Təşkilat VOEN: 1300144711

Təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85

Tender predmeti: Özünüməşğulluq proqramının təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması

Tenderin adi: Özünüməşğulluq proqramının təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması

Özünüməşğulluq proqramının təkmilləşdirilməsi üzrə məsləhət xidmətlərinin satın alınması

Başlıq Açıqlama Miqdar  
rayonlarda (şəhərlərdə) istehsal və xidmət sahələri üzrə özünüməşğulluğa cəlb olunacaq şəxslərə dair proqnoz sayın müəyyən edilməsi məsləhət xidməti 1 ədəd
Proqrama cəlb olunacaq şəxslərin fəaliyyətinin monitorinqi üçün elektron monitorinq sisteminin yaradılması üzrə təkliflərin hazırlanması məsləhət xidməti 1 ədəd
Biznes-plana uyğun olaraq, iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün zərflərin tərkibinin təkmilləşdirilməsi, çeşidinin artırılması və ehtimal olunan bazar dəyərinin (o cümlədən paketin ehtimal dəyərinin) müəyyən olunması və bu məqsədlə müvafiq sahələrdə fəaliyyət göstərən şəxslər arasında sorğuların keçirilməsi məsləhət xidməti 1 ədəd
Seçilmiş fəaliyyət istiqamətləri üzrə nümunəvi biznes-planların hazırlanması, əldə olunacaq aylıq və illik gəlirlərə dair proqnozların müəyyən edilməsi məsləhət xidməti 1 ədəd
Fəaliyyət istiqamətlərinin seçilməsi məqsədilə biznes bələdçi (naviqator) elektron platformanın tətbiqinin araşdırılması məsləhət xidməti 1 ədəd
yuxarıda qeyd olunan məsələlərlə bağlı sorğuların keçirilməsi məsləhət xidməti 1 ədəd
ölkədə həyata keçirilən prioritet dövlət proqramları ilə uzlaşdırılması məsləhət xidməti 1 ədəd
Bütün iqtisadi regionlar (10), habelə rayonlar (şəhərlər) (78) üzrə təhlillərin aparılması və hər bir rayon (şəhər) üzrə iqtisadi fəaliyyət növlərinə dair tələbatın müəyyən edilməsi məsləhət xidməti 1 ədəd
xidmət sahəsi üzrə təkliflərin hazırlanması məsləhət xidməti 1 ədəd
istehsal və emal sahəsi üzrə təkliflərin hazırlanması məsləhət xidməti 1 ədəd
ixrac yönümlü və ya idxalı əvəz edən sahələrin müəyyən edilməsi məsləhət xidməti 1 ədəd
klaster və ya istehsal zəncirinin qurulması ilə bağlı təkliflərin hazırlanması məsləhət xidməti 1 ədəd

ÜSL kod (kateqoriya) - 73220000-0 İnkişaf məsləhət xidmətləri,

Açıq tenderin başlama tarixi və vaxtı

06.10.2020 12:05

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı

26.10.2020 15:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı

03.11.2020 17:00

Zərflərin açılış tarixi və vaxtı

04.11.2020 15:00

İştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri

ÇATDIRILMA MÜDDƏTİ

2 ay

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Müqaviləyə əsasən

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Zəruridir (01.09.2020-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir)
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Zəruridir
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Zəruridir
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovunun olmaması, məhkəmənin qərarı ilə fəaliyyəti dayandırılmış şəxs olmaması
Zəruridir
Nizamnamə
Zəruridir
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri , yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Zəruridir
Qeydiyyatdan keçdiyi ölkə
Zəruridir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Zəruridir (2019-cu il üzrə maliyyə hesabatının surəti tələb olunur)
İşçi qüvvəsinin olması barədə məlumatlar
Zəruridir
Rekvizitlər
Zəruridir
Maliyyə vəziyyəti haqqında bank arayışı
Zəruridir (01.09.2020-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir)
 
İxtisas göstəriciləri:
 
 

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ

 

Texniki təklif: 40 bal

İddiaçının ixtisaslı kadr imkanları
15
İddiaçının bu sahə üzrə ən azı 1 layihə rəhbəri və 10 nəfər işçisi (kadrların bu sahə üzrə ən azı 5 il təcrübəsi olmalıdır) olarsa 15 balla, 10 nəfərdən az olduqda 5 balla qiymətləndiriləcəkdir. Kadrların iş təcrübəsini təsdiq edən sənədlər təqdim edilməlidir.
Bənzər sahədə iş təcrübəsi
25
Bənzər işlərdə təcrübəsi olan, xüsusilə digər dövlət qurumlarının son 3 ildə ən azı 5 layihəsini icra etmiş İddiaçı 25 balla, əks halda 0 balla qiymətləndiriləcəkdir. Layihələrlə bağlı məlumat təqdim edilməlidir.
 

Qiymət təklifi:: 60 bal

Tender təklifinin təminatı
-
Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
Qiymət təklifi
60
Hesablanma aşağıdakı qaydada aparılacaq: Ən aşağı qiymət təklifi verən iddiaçıya ən yüksək bal veriləcək. Digər iddiaçıların balları isə aşağıdakı düstürla hesablanacaqdır. Bt = T1 х 60 : T0 Burаdа: Bt - tеndеr təklifinin qiyməti üzrə bal; T1- iddiаçılаr аrаsındа ən aşаğı qiymət təklifi; T0- konkret İddiаçının kоmissiyаyа təqdim еtdiyi qiymət təklifi.
Müqavilənin təminatı
-
Satınalan təşkilat ilə müqavilənin imzalanmasından sonra qalib iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin ümumi məbləğinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməlidir.
Təklifin qüvvədə olma müddəti
-
Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Qeyd olunmuş prosedurlar üçün mətn

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Tender təklifi: 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti
Təklifin təminatı: 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra
Rüfət Sahibsoy
Baş mütəxəssis
012 497 71 34
012 497 71 34

Tələb olunan iddiacıların sayı: 3

  • • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
  • Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
  • Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
  • Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
  • Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
  • Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
  • Müəyyən edilməmişdir
 
 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 06.10.2020 12:05 tarixindən sonra əldə edə bilərsiniz