Təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU
Təşkilat VOEN: 9900041961
Təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Tender predmeti: Dezinfeksiya xidmətlərinin, dispenserlərin və dezinfeksiya məhlulunun satın alınması
Tenderin adi: Dezinfeksiya xidmətlərinin, dispenserlərin və dezinfeksiya məhlulunun satın alınması
Dezinfeksiya xidmətlərinin, dispenserlərin və dezinfeksiya məhlulunun satın alınması
Başlıq | Açıqlama | Miqdar | |
---|---|---|---|
Dezinfeksiya məhlulu üçün dispenser | divar üçün nəzərdə tutulan; mexaniki istifadə olunan; yapışqan lent və eyni zamanda şurup vasitəsilə montaj imkanı olan; tutumu 1 litr olan; rəngi ağ və ya qara olan F15. | 75 | ədəd |
Dezinfeksiya xidməti | xidmət 35.000 kvm sahə üçün nəzərədə tutulmalı; xidmət zamanı istifadə olunacaq məhlul Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış olmalı; xidmət zamanı istifadə olunacaq məhlulun təhlükəsizlik sənədi olmalı; xidmət zamanı istifadə olunacaq məhlulun texniki istifadə qaydaları olmalı; xidmət zamanı istifadə olunacaq məhlul qoxusuz olmalı; xidmətlər müqavilə imzalandıqdan sonra 3 ay müddətində göstəriləcəkdir. | 6 | ədəd |
Əl üçün dezinfeksiya məhlulu | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış olan; təhlükəsizlik sənədi olan; texniki istifadə qaydaları olan; ən az 70% spirt tərkibli olan; əlavə qoxusu olmayan. | 500 | litr |
Dezinfeksiya stendi | dispenseri mexaniki istifadə olunan; dispenserinin tutumu 1 litr olan; üzərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun adı və loqosu həkk olunmuş. | 5 | ədəd |
ÜSL kod (kateqoriya) -
Açıq tenderin başlama tarixi və vaxtı
22.09.2020 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
14.10.2020 10:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı
22.10.2020 18:00
Zərflərin açılış tarixi və vaxtı
23.10.2020 10:00
İştirak haqqı: 100 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
ÇATDIRILMA YERİ
AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
ÇATDIRILMA MÜDDƏTİ
Mallar müqavilə imzalandıqdan sonra 1 (bir) ay müddətində, xidmətlər isə 3 (üç) ay müddətində təhvil verilməlidir.
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Satınalma müqaviləsi üzrə ödəmələr mal və xidmətlər təhvil verildikdən və bunu təsdiq edən təhvil-təslim aktı tərtib olunduqdan sonra Malgöndərənin təqdim etdiyi müvafiq mühasibatlıq sənədləri (eqaimə, hesab faktura və s.) əsasında 15 (on beş) bank günündən gec olmayaraq nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Təşkilati və hüquqi sənədlər:
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 50 bal
Qiymət təklifi:: 50 bal
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: | 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
---|---|
Təklifin təminatı: | 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
- Müəyyən edilməmişdir
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 22.09.2020 09:00 tarixindən sonra əldə edə bilərsiniz