Cəmiyyət

10 Sentyabr

"AzerGold" auditor seçir

"AzerGold" QSC informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun təkmilləşdirilməsi üzrə audit xidmətinin satın alınması üçün kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sabah, saat 13:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küçəsi, 2H ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 505-02-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.