Cəmiyyət

05 May

“Bakı Metropoliteni” 1 milyon manatlıq tenderə yekun vurub

"Bakı Metropoliteni" QSC infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Tais İKF" MMC-dir.

Qalib şirkətə 1 001 min manat ödəniləcək.