“Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması üzrə elan etdiyi tenderin qalibini elan edib.
Fins.az xəbər verir ki, QSC "TAİS İKF" MMC ilə müqavilə bağlayıb.
Müqavilənin məbləği 1 milyon 999 min 994 manatdır.
Müqavilə “Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınmasını nəzərdə tutur.