“Azərxalça” ASC avtobusların satın alınması üzrə növbəti tenderini yekunlaşdırıb.
Fins.az xəbər verirki, bu dəfə də tenderin qalibi “Azavtobus” MMC-dir.
Artıq “Azərxalça” ASC və Azavtobus” MMC arasında müqavilə bağlanılıb. Məbləği 717 min 195 manat olan müqavilə “oturacaqlarin sayı 28-30 arası olan avtobusların satın alınması”nı nəzərdə tutur.
Dekabr ayında da “Azərxalça” ASC “Azavtobus” MMC-dən 1,4 milyon manatlıq avtobuslar və yük avtomobilləri alıb. Səhmdar cəmiyyət 5 ədəd oturacaqlarin sayı 28-30 arasi olan avtobusların satın alınmasına 717 min 195 manat, orta ağır tonnajlı 5 ədəd yük avtomobillərinin satınalınmasına isə 675 min 7 manat xərcləmişdi.
Xatırladaq ki, 2014-cü ildə dövlət qeydiyyatına alınan “Azavtobus” MMC-nin nizamnamə kapitalı 1000 manat, qanuni təmsilçisi isə Rüfət İsrafil oğlu Zeynalovdur. “Azavtobus” MMC Türkiyə-Yaponiya birgə müəssisəsi olan “Anadolu Otomativ Senaye” (AOS) Şirkətinin Azərbaycanda rəsmi eksklüziv distribyutorudur.