Təşkilatın adı: Azərsu ASC
Təşkilat VOEN: 9900001751
Təşkilatın ünvanı: Moskva prospekti 67, AZ 1012 Bakı,
Tender predmeti: Fərdi mühafizə vasitələrinin satın alınması
Tenderin adi: Fərdi mühafizə vasitələrinin satın alınması
Fərdi mühafizə vasitələrinin satın alınması
Başlıq | Açıqlama | Miqdar | |
---|---|---|---|
Əleyhiqaz | Çox istifadəli tam üzlü. Tənəffüs, üz və göz orqanların qorunması. Cızılmaya davamlı üz sipəri, cüt qaytanlı, tənzimlənən qaytanlar, dəri üçün təhlükəsizdir, zərbəyə davamlı üz sipəri | 60 | dəst |
Qaloş (dielektrik) | Dielektrik bot, rezin materialdan 1kv yuxarı, su keçirməyən | 30 | cüt |
Kəmər (qoruyucu) | 1 nöqtəli bərkidilmə ilə qoruyucu kəmər. Beldən bağlanan istifadəsi yüngül və sadə. Ayaq hissəsi tənzimlənən. Arxa yarımhalqa, dəmir toqqa. Material: parçalı polyester lent | 20 | ədəd |
Eynək/qoruyucu | Zərbəyə, cızıqlara, tərə, ultra bənövşəyi şüalara qarşı qoruyucu eynək | 200 | ədəd |
Eynək/qoruyucu/qaynaqçı üçün | Yuxarı hərəkət edən linzalar, toza davamlı, optik eynəklərin üzərindən geyiniləbilən və dəyişdiriləbilən linzalar. Material PVX. Linzalar: Polikarbonat | 20 | ədəd |
Dəbilqə/ qoruyucu/ mühəndis üçün | Ağ rəng, çənə altlıqlı, loqolu. Yüksək sıxlıqlı polipropilendən hazırlanan qoruyucu dəbilqə. Ultra bənövşəyi şüalara dayanıqlı. Başlığın materialı: tekstil, Başlığın tənzimlənməsi: lent ilə, ölçü tənzimləyən çarx sistemi. 1000 VAT-a qədər elektrik izolyasiyalı | 70 | ədəd |
Dəbilqə/ qoruyucu/ fəhlə üçün | Göy rəng, çənə altlıqlı, loqolu. Yüksək sıxlıqlı polipropilendən hazırlanan qoruyucu dəbilqə. Ultra bənövşəyi şüalara dayanıqlı. Başlığın materialı: tekstil, Başlığın tənzimlənməsi: lent ilə, ölçü tənzimləyən çarx sistemi. 1000 VAT-a qədər elektrik izolyasiyalı | 1000 | ədəd |
Səs ucaldan/ əl üçün | Quraşdırılmış mikrofon, siren, səs səviyyəsini seçməyə imkan verən 10 səviyyədə tənzimlənən. Gücü 25 vatt, 1800 metr məsafədə səs ötürülmə gücü olsun. | 2 | ədəd |
Respirator | Çox istifadəli yarı üz filterli respirator. Möhkəm termoplast kauçuk materialdan hazırlanıb, müxtəlif növ üz formaları üçün uyğun olmalıdır. Tək qaytanlı, tənzimlənən qaytanlar, elastik üzə birləşən hissə, dəri üçün təhlükəsizdir. | 150 | ədəd |
Maska/qoruyucu/qaynaqçı üçün | Üzlük qaynaq işlərində başın tam qorunmasını təmin edmək üçün. Korpus: polipropilen. Linza: rəngsiz-tənzimlənir, tündləşdirilmiş - qalxır. | 40 | ədəd |
Qulaqcıq/ səsə qarşı | Başa taxılan səs-küyə qarşı yumşaq başlıqlı qulaqcıq. | 50 | ədəd |
Ayaqaltı/ rezin | 750мм х 750мм Dielektrik rezin | 30 | ədəd |
Yol nişanı/ Təmir işləri, qazma | İşıqqaytaran materialdan, 600x600mm | 30 | ədəd |
Yol nişanı/ Giriş qadağandır! | İşıqqaytaran materialdan, 600x600mm | 30 | ədəd |
Fənər/başa bağlanan/batareya ilə | Led lampa, zoom funksiyalı, işiğı yayan və bir nöqtəyə vuran vəziyyətdə işləyən. | 30 | ədəd |
Çəpərləyici konus/ H 800mm | Dayanıqlı işıqqaytaran material, polietilen 72mm*500mm qırmızı-ağ rəngli | 30 | ədəd |
Əlcək/beşbarmaqlı, kombinəedilmiş/fəhlə üçün | Sürtünməyə və kəsilməyə qarşı davamlı, toxunma parçadan, ovuc hissə təbii kauçuk. | 20000 | cüt |
Sabun/200qr/72% | Açıq halda | 50000 | ədəd |
Əlcək/rezin | Nəm səthdən yaxşı yapışmaq üçün rombşəkilli naxışlı ovuc hissə. Kimyəvi cəhətdən davamlı əlcəklər. Əlləri toksik toz, su, neft və neft məhsullarından, zərərli bioloji faktor, həll olunan turşu, qələvi (30%) və həll olunan orqanik maddələrdən qorumaq üçün. Antibakterial işləmə. | 1200 | cüt |
Çanta/ sanitar | İlkin yardım üçün çiyindən sallanan fərdi sanitar çanta. Çantanın içində ilkin yardımın göstərilməsi üçün lazımı ləvazimatlar (bint, jqut, pambıq, yod, naşatır spirti, günvurmaya qarşı həb və ən azı) olsun. | 84 | ədəd |
Jilet/ sarı/ fosforlu | Su keçirməyən materialdan, loqolu. 100% poliester,signal elementləri | 400 | ədəd |
Qaloş/rezin | PVX materialdan, su keçirməyən | 30 | cüt |
Tərlik/qadın üçün | Laboratoriyada geyinmək üçün ayaq geyimi, üstü bağlı, dabanı açıq, ağ rəng | 16 | cüt |
Tərlik/kişi üçün | Laboratoriyada geyinmək üçün ayaq geyimi, üstü bağlı, dabanı açıq, ağ rəng | 14 | cüt |
Xərək/ sanitar | Möhkəm alminium korpuslu, anti-bakterial, yüngül çəkili. Eni: 51 sm, Uzunluğu: 206 sm, Maksimum yüklənmə: 180 kg | 37 | ədəd |
Təhlükəsizlik lövhəsi/ 1500x1500mm | Dəmir çərçivəli, ortası taxta material, ağır altlıqlı dayaqlı | 10 | ədəd |
Fənər/ əl | Led lampa. 150-200 m uzağlığa işıq vuran, zoom funksiyalı, işığı yayan və bir nöqtəyə vuran vəziyyətdə işləyən. | 60 | ədəd |
ÜSL kod (kateqoriya) -
Açıq tenderin başlama tarixi və vaxtı
21.12.2019 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
17.01.2020 18:00
Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı
28.01.2020 18:00
Zərflərin açılış tarixi və vaxtı
29.01.2020 18:00
İştirak haqqı: 300 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
ÇATDIRILMA YERİ
Bakı şəhəri, "Azərsu"ASC
ÇATDIRILMA MÜDDƏTİ
Sifarişcinin yazılı sifarişindən sonra 30 gündən gec olmayaraq
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Mallar təhvil verildikdən sonra 15 bank günü müddətində
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Tələb olunan sənədlər:
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 40 bal
Qiymət təklifi:: 60 bal
Qeyd olunmuş prosedurlar üçün mətn
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Tender təklifi: | 30 bank günü (zərflərin açıldığı tarixdən sonra qüvvədə olma müddəti |
---|---|
Təklifin təminatı: | 60 bank günü (təminatın qüvvədə olma müddəti (zərflərin açıldığı tarixdən sonra |
Tələb olunan iddiacıların sayı: 3
- • məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (//etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.
- Müəyyən edilməmişdir
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 21.12.2019 18:00 tarixindən sonra əldə edə bilərsiniz