Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün 3 girişli yanğınsöndürmə depo binası tikiləcək.
Fins.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “Şinkar Holding” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 1 milyon 559 min manatdır.
Müqavilə “Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 girişli yanğınsöndürmə depo binasının tikinti işlərinin satın alınması”nın nəzərdə tutur.
© Marja
Həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün də 3 girişli yanğınsöndürmə depo binası tikiləcək. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyi “AVS Təmir tikinti” MMC ilə məbləği 1 milyon 682 min manat olan müqavilə imzalayıb.