Biznes

12 Dekabr

Azərbaycanın logistika potensialı Çində tanıdılıb

"Azturk Holding" prezidenti Güləli Bağırov Çində Çinli investorlarla görüşlər keçirib və şirkətin strateji “NeoOrdo” layihəsini təqdim edib.

Finss.az xəbər verir ki, təqdimat çərçivəsində tərəflər arasında əməkdaşlığın ilkin mərhələsini təsdiqləyən Anlaşma Memorandumu imzalanıb.

Güləli Bağırov “NeoOrdo” layihəsinin məqsədləri, infrastruktur potensialı və regiondakı iqtisadi proseslərə verə biləcəyi töhfələr barədə məlumat verib. O, layihənin Azərbaycanın logistika imkanlarını genişləndirəcəyini və Avrasiya ticarət yollarında yeni bağlantılar yaradacağını bildirib.

Memorandum gələcək əməkdaşlıq istiqamətlərini və layihə üzrə hazırlıq işlərini müəyyən edir. Sənəd tərəflər arasında investisiya imkanlarının araşdırılması və birgə işçi qruplarının yaradılmasını nəzərdə tutur.

“NeoOrdo” layihəsi Azərbaycanı qlobal ticarət şəbəkələrinin mühüm həlqəsinə çevirməyi hədəfləyir. Layihə çərçivəsində yeni logistika mərkəzləri və nəqliyyat-kommunikasiya infrastrukturu formalaşdırılacaq.

Çin tərəfi layihəyə ciddi maraq göstərib və əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Layihənin reallaşması həm Azərbaycan, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.

Əldə olunan ilkin razılaşma “NeoOrdo” layihəsinin həyata keçirilməsi istiqamətində mühüm addımdır və beynəlxalq tərəfdaşlarla daha geniş əməkdaşlıq gözlənilir.

Video aşağıdakı linkdədir:
//www.instagram.com/duz_tv_/reel/DSIm5snjdrI/