Biznes

10 Avqust

Türkiyə Azərbaycana nə qədər kimyəvi maddə ixrac edib?

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artıraraq, 286,7 milyon dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

İyul ayında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 3,6 faiz artıraraq, 39,3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 16,7 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 25,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 30,5 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

©Trend