Biznes

09 Avqust

“Azərkosmos” peyki üzərindən daha bir telekanal yayıma başlayıb

Tanınmış idman kanalı “Setanta Sports” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” məlumat yayıb.

Məlumatda bildirilib ki, Avrasiya ölkələri arasında kifayət qədər tanınan “Setanta Sports” kanalı ingilis, rus, gürcü dillərində Premyer Liqa, Bundesliqa, La Liqa, Serie A, Liqa 1, UEFA Çempionlar Liqası kimi futbol çempionatlarını, həmçinin Formula 1, tennis oyunları və digər idman yarışlarını izləyicilərinə təqdim edir.