Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, idarəetmə sisteminin təkmilləşdirilməsi, müasir innovasiyaların tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi sahəsində bir sıra yeniliklər tətbiq edib.
Fins.az xəbər verir ki, nağdsız hesablaşma dövriyyəsinin sürətlə artması, istismarda olan ödəniş cihazlarının, yanacaq kartlarının, müvafiq proqram təminatın (PT) yenilənməsi və mobil tətbiqin hazırlanmasını labüd edib.
Qeyd edək ki, “Azpetrol” şirkətində tətbiq edilən yeniliklərin başlıca məqsədi -“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin icrası və nağd hesablaşmaların nağdsız hesablaşmalarla əvəzlənməsinə tövhə verməkdən ibarətdir.
Leyla Fikrətqızı
Fins.az