Brend

19 Fevral

Vaksinasiyadan qorxmağın əsası yoxdur

Vaksinasiyadan qorxmağın əsası yoxdur, əslində, vaksinlə bağlı şübhəli yanaşmaların olması bilgisizlikdən irəli gəlir. Vaksin hər zaman pandemiyadan qurtulmağın tək yolu olub.

Bunu  "Yeni klinika"nın həkim-laborantı Nurəli İsmayılov deyib.

Həkimin sözlərinə görə, o, artıq vaksinin birinci dozasını vurdurub və özündə heç bir yan təsirlər müşahidə etməyib:

"Özümü çox normal hiss etdim. Bir həkim kimi hər kəsə məsləhət görürəm ki, xüsusilə risk qrupuna daxil olan şəxslər peyvənd olunsunlar.