Tenderin nömrəsi 2026/AT/00690/V1, təsnifat kodu isə 43191500 (şəxsi ünsiyyət vasitələri) müəyyən olunub. Satınalmanın ehtimal olunan dəyəri 511 070,39 AZN təşkil edir.
Tender üzrə təkliflərin təqdim olunma müddəti 17 mart 2026-cı il saat 17:00-da başa çatacaq, zərflərin açılışı isə eyni tarix və saatda həyata keçiriləcək. Tenderdə iştirak haqqı 450 AZN, istifadə haqqı 25 AZN müəyyən edilib. Qeyd olunur ki, ödənilmiş iştirak və istifadə haqları geri qaytarılmır.
Tenderdə alınacaq avadanlıqlar arasında 1 ədəd skan aparatı, 56 ədəd rəngli Laser All-in-One printer, 15 ədəd noutbuk, 20 ədəd kompüter dəsti, 1 ədəd 13-inch planşet və 10 ədəd 12.4-inch planşet yer alır. Avadanlıqların texniki göstəriciləri müəyyən edilmiş tələblərlə uyğun və ya onlardan yüksək olmalı, bütün avadanlıqlar yeni və istehsalçı qablaşdırmasında təqdim edilməlidir.
