BİZNES

19 Fevral

Mexaniki avadanlıqlara ehtiyat hissələrinin satın alınması ilə bağlı açıq tender elan edilib

Finss.az - “Bakı Konqres Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti mexaniki avadanlıqlara ehtiyat hissələrinin satın alınması ilə bağlı açıq tender elan edib.

Satınalan təşkilatın VÖEN-i 1503898981-dir. Qurum Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 130 ünvanında yerləşir. Müsabiqənin nömrəsi 2026/AT/00645/V1, təsnifat kodu isə 12352400-dır. Tenderin ehtimal olunan dəyəri 263.946,32 AZN təşkil edir.

Müsabiqə 18 fevral 2026-cı il saat 15:26-da dərc olunub. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 12 mart 2026-cı il saat 16:00 olaraq müəyyən edilib.

Tender çərçivəsində aşağıdakı malların satın alınması nəzərdə tutulur:

  • Propilen-qlikol – 500 litr (qaynama temperaturu 180°C, qatılığı 1,036 qr/sm³, istilik keçiriciliyi 0,34);
  • Yanğın su təchizatı stansiyası üçün genişlənmə tankı – 2 ədəd (membran tipli, 24 litr, Pmax 16 bar, DN25);
  • Enerji mərkəzinin su təchizatı sistemi üçün genişlənmə tankı – 1 ədəd (300 litr, Pmax 10 bar, DN40);
  • Enerji mərkəzinin istilik qazanları sistemi üçün genişlənmə tankı – 2 ədəd (200 litr, Pmax 10 bar, DN40);
  • Enerji mərkəzinin EVAPCO sistemi üçün genişlənmə tankı – 1 ədəd (300 litr, Pmax 10 bar, DN40);
  • B giriş suvarma sistemi üçün genişlənmə tankı – 1 ədəd (500 litr, Pmax 10 bar, DN40).

Tenderdə iştirak haqqı 350 AZN, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 AZN təşkil edir. Qeyd olunub ki, iştirak və qiymətləndirmə prosedurları yalnız elektron qaydada PORTAL vasitəsilə həyata keçiriləcək.