BİZNES

19 Fevral

Avtomobil ehtiyyat hissələrinin alınması üzrə tender elan edib

Finss.az - Ədliyyə Nazirliyi Penitensiar Xidmət Avtonəqliyyat Təsərrüfatı 18 fevral 2026-cı il tarixində Toyota Prado markalı avtomobillər üçün ehtiyyat hissələrinin alınması məqsədilə açıq tender elan edib.

Tenderin kodu 2026/AT/00633/V1, təsnifat kodu 25172000 olaraq göstərilib və ehtimal olunan dəyər 545.993,67 AZN təşkil edir.

Tender çərçivəsində alınacaq ehtiyyat hissələrinə ön stabilizator linkləri (40 ədəd), ön və arxa amortizatorlar (hər biri 30 ədəd), motorun üst qapağının prokladkası (20 ədəd), motor yastığı və sürət qutusunun yastığı (hər biri 10 ədəd) daxildir.

Müsabiqədə iştirak haqqı 450 AZN, sənədlərə baxmaq üçün istifadə haqqı isə 25 AZN müəyyən edilib. Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 13 mart 2026-cı il, saat 16:00-dır.

Tender yalnız elektron portal vasitəsilə həyata keçirilir və iştirakçılar müsabiqə şərtlərini portal üzərindən əldə edə bilərlər.