Tenderin nömrəsi 2026/KS/00865/V1, təsnifat kodu isə 72103300 (İnfrastrukturun cari və əsaslı təmir işləri) olaraq göstərilib. Ehtimal olunan dəyər 18.815,00 AZN-dir.
Tender çərçivəsində memarlıq bölməsinin hazırlanması, qüsur aktına uyğun sənədlərin tərtibi, 01 sentyabr 2022-ci il qiymətləri əsasında smeta sənədlərinin hazırlanması, FHN TTNDA-nın Dövlət Ekspertiza Baş İdarəsinə təqdimat və ekspertiza rəyinin alınması işləri nəzərdə tutulur.
Müsabiqəyə təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 05 mart 2026-cı il, saat 17:00-dir. İştirak haqqı 37,63 AZN, istifadə haqqı isə 25,00 AZN müəyyən edilib. Tenderdə iştirak üçün minimum iddiaçı sayı 3-dür.
Tenderlə bağlı əlaqə və sənədlərin təqdimatı üzrə məsul şəxs Kazım Abdullayev, Baş mühasibdir. Əlaqə: [email protected], +994 55 853 71 85. Tender prosedurları yalnız elektron portal vasitəsilə həyata keçirilir və məlumatlar üçüncü şəxslərə açıqlanmır. İştirakçılar 18 fevral 2026-cı il saat 17:00-dan sonra portal üzərindən müsabiqə şərtlərini əldə edə bilərlər.
