BİZNES

18 Fevral

Yaşayış binalarının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə tender elan edilib

Şamaxı rayonunda fəaliyyət göstərən “Şəhər Təsərrüfatı” MMC yaşayış binalarında əsaslı təmir işləri üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üzrə 16.997,90 AZN-lik tender elan edib.

Finss.az xəbər verir ki, tender çərçivəsində sxematik layihə, qüsur aktı əsasında smeta sənədlərinin hazırlanması, topoqrafiya işləri, memarlıq eskiz layihəsi, FHN TTNDA tərəfindən verilmiş irad və düzəlişlərin yerinə yetirilməsi, toplu smetanın hazırlanması və ümumi izahat yazısı xidmətləri tələb olunur.

İştirak etmək istəyən təchizatçılar üçün iştirak haqqı 34 AZN, istifadə haqqı 25 AZN müəyyən edilib. Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 04 mart 2026, saat 18:00-dir. Tender yalnız elektron portal vasitəsilə aparılacaq.