BİZNES

18 Fevral

Noutbuk və masaüstü kompüterlər alınması üçün tender elan edilib

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 974.528,96 AZN dəyərində kompyüter, monitor və noutbukların alınması məqsədilə açıq tender elan edib.

Finss.az xəbər verir ki, tender çərçivəsində onlarla masaüstü kompüter dəsti və 113 ədəd noutbuk alınacaq. Avadanlıqlar Intel Core Ultra seriyalı prosessorlar, 16–32 GB DDR5 operativ yaddaş, NVMe SSD yaddaş, IPS və OLED ekranlar, Wi-Fi 6E və Wi-Fi 7 texnologiyası, həmçinin müasir təhlükəsizlik və bağlantı portları ilə təchiz olunacaq.

Tender 18 fevral 2026-cı il tarixində dərc olunub və təkliflərin qəbulu 12 mart 2026-cı il saat 12:01-ə qədər davam edəcək, zərflər həmin vaxt açılacaq. İştirak haqqı 450 AZN, sənədləri görmək üçün istifadə haqqı isə 25 AZN təşkil edir. Tender proseduru tam elektron qaydada portal vasitəsilə həyata keçiriləcək və sənədləri 18 fevral 2026, saat 12:00-dan etibarən əldə etmək mümkündür.