Finss.az - Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 2026-cı il üçün buklet, promo materiallar, eko çanta və qələm, A5 bloknot və spirallı bloknotların alınması və çap edilməsi üzrə 65,062 AZN məbləğində kotirovka elan edib.
Təkliflərin qəbulu 3 mart 2026-cı il saat 17:45-ə qədər davam edəcək və zərflərin açılması eyni gündə həyata keçiriləcək.
Müsabiqədə iştirak üçün tələb olunan haqq 130,12 AZN, sənədləri görmək üçün istifadə haqqı isə 25 AZN təşkil edir. İştirakçılar yalnız portal vasitəsilə elektron qaydada müraciət edə bilərlər. Satınalma ilə bağlı suallar üçün universitetin mütəxəssisi Hikmət Quliyev ilə əlaqə saxlamaq mümkündür.
