BİZNES

17 Fevral

Qazax rayon Heydər Əliyev Mərkəzində cari təmir işləri üçün tender elan olunub

Finss.az - "ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MMC Qazax rayon Heydər Əliyev Mərkəzində cari təmir işləri üçün xidmətin satın alınması məqsədilə açıq tender elan edib.

Tenderin ümumi dəyəri 159.985,58 AZN təşkil edir.

Tender çərçivəsində döşəmə örtüklərinin sökülməsi, pillələrin mərmərlə üzlənməsi, dam örtüyünün sökülməsi, buxar izolyasiyasının düzəldilməsi və sement-qum qatının hazırlanması kimi işlər yerinə yetiriləcək.

Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 11 mart 2026-cı il saat 12:31 olaraq müəyyən edilib. Tenderdə iştirak üçün tələb olunan iddiaçı sayı minimum 3 nəfər, iştirak haqqı isə 250 AZN, istifadə haqqı isə 25 AZN təşkil edir.

Tender üzrə əlaqə şəxsidir: Murad Mirzəxanlı, Baş mütəxəssis, [email protected], +994 12 565 01 47.