Finss.az - Fevral 2026-cı ilin ortalarında bir sıra dövlət və ictimai təşkilatlar müxtəlif xidmət və işlərin satın alınması üzrə açıq tenderlər elan edib.
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu yanğınsöndürmə balonlarının doldurulması və texniki təmir işləri üzrə 792,81 AZN dəyərində tender keçirir. Tender çərçivəsində 6 kq quru kimyəvi və PRO JEL tərkibli balonların təmiri, doldurulması, boyanması və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetiriləcək. Təkliflərin son təqdim olunma tarixi 10 mart 2026-cı il saat 10:00, zərflərin açılışı isə eyni tarixdədir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qaradağ rayonu, Qobustan qəsəbəsində idman zalının tikintisi işlərinin davamının satın alınması üçün 1.619.799,17 AZN dəyərində tender elan edib. Satınalma torpaq işləri, bünövrə, karkas və digər tikinti işlərini əhatə edir. Təkliflərin son təqdim olunma tarixi 27 fevral 2026-cı il saat 18:00, zərflərin açılışı isə eyni tarixdədir.
Bakı Konqres Mərkəzi MMC qarderob işçilərinin xidmətlərinin satın alınması üçün 33.792 AZN dəyərində tender elan edib. Xidmət çərçivəsində 80 tədbirdə hər birinə 8 nəfər qarderob işçisi ayrılacaq. Təkliflərin son təqdim olunma tarixi 3 mart 2026-cı il saat 11:30, zərflərin açılışı isə eyni tarixdədir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universiteti (UFAZ) üçün 2026-cı il ərzində planlaşdırılan tədbirlər zamanı iaşə xidmətlərinin satın alınması üzrə 263.122,20 AZN dəyərində tender elan edib. Tədbirlər sırasında hakaton yarışları, Beynəlxalq Qadınlar günü, Novruz bayramı, UFAZ alumni görüşləri və sosial məsuliyyət tədbirləri yer alır. Təkliflərin son təqdim olunma tarixi 11 mart 2026-cı il saat 12:00, zərflərin açılışı isə eyni tarixdədir.
Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası printerlərin təmiri, kartriclərin doldurulması, ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri və kartriclərin alışı üzrə 12.692,08 AZN dəyərində tender elan edib. Təkliflərin son təqdim olunma tarixi 3 mart 2026-cı il saat 11:01, zərflərin açılışı isə eyni tarixdədir.
Bütün tenderlərdə iştirak və qiymətləndirmə yalnız elektron portal vasitəsilə aparılır və təchizatçılar iştirak haqqı və istifadə haqqı ödəməklə sənədlərə çıxış əldə edə bilərlər. Ödənilmiş məbləğlər geri qaytarılmır və tenderlərin baş tutması üçün minimum 2-3 iddiaçı tələb olunur.
