Finss.az-ın məlumatına görə, tenderin ümumi dəyəri 65 293,33 AZN təşkil edir və təkliflərin təqdim olunması üçün son tarix 11 mart 2026-cı il saat 18:00-dir.
Tender çərçivəsində iştirakçılar aşağıdakı xidmətləri təqdim etməlidirlər:
- LED monitorların anbardan maşına yüklənməsi və daşınması (0–250 km və 250–540 km məsafələrdə)
- Tədbir yerində quraşdırma və sökülmə
- Elektrik və siqnal xətlərinin çəkilməsi
- Video kontentinin formatlanması və ekranların rejissor tərəfindən idarə olunması
Tenderdə iştirak etmək istəyən təchizatçılar istifadə haqqı və iştirak haqqını ödəməlidirlər. Müsabiqə yalnız elektron portal vasitəsilə həyata keçirilir və iştirakçıların sayı üçdən az olmamalıdır.
Əlaqə üçün:
Emin İbrahimli, Satınalmalar sektorunun müdiri
E-poçt: [email protected]
Telefon: +994 00 000 01 87
