BİZNES

16 Fevral

Tərcümə xidməti üçün açıq tender keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2026-cı ilin fevral ayında “Tərcümə xidməti”nin satın alınması üzrə açıq tender elan edib.

Finss.az xəbər verir ki, tenderin məqsədi agentliyin veb-saytında yayımlanan xəbərlərin və digər yazılı materialların həm Azərbaycan-dan ingilis və rus dillərinə, həm də nadir dillərə tərcüməsini təmin etməkdir.

Tenderin müsabiqə nömrəsi 2026/AT/00275/V2-dir və sinif və dil laboratoriyası avadanlığı və tərcümə sistemi üzrə həyata keçirilir (təsnifat kodu 45112100).

Məlumata görə, tenderin ehtimal olunan qiyməti 60.097,40 AZN təşkil edir. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 26 fevral 2026-cı il saat 11:00-dir.

Tenderdə iştirak haqqı 120,19 AZN, istifadə haqqı isə 25 AZN müəyyən edilib. Qeyd olunub ki, ödənilmiş məbləğlər geri qaytarılmır və tenderin baş tutması üçün minimum üç iddiaçı tələb olunur.

Satınalma çərçivəsində aşağıdakı xidmətlər nəzərdə tutulur:

  • Veb-saytda yerləşdirilən xəbərlərin AZ-EN və AZ-RU dillərinə tərcüməsi (hər biri 111.000 söz)
  • Yazılı tərcümə nadir dillərdə (4.000 söz)
  • Şifahi sinxron tərcümə xidmətləri (AZ, EN, RU) yarım gün 12 ədəd, tam gün 10 ədəd
  • Şifahi sinxron tərcümə nadir dillərdə (ərəb, fransız, ispan, alman, italyan) tam gün 10 ədəd

Tender üzrə əlaqələndirici şəxs Zabil Vəliyev, baş mütəxəssisdir. Təchizatçılar portal üzərindən tender sənədlərini əldə edə və təkliflərini təqdim edə bilərlər.

Tenderin əsas şərtlər toplusunu 28 yanvar 2026-cı il saat 17:00-dan sonra portal vasitəsilə əldə etmək mümkündür.