Finss.az - Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası SIGMA markalı liftlərin ehtiyat hissələrinin dəyişdirilməsi və illik texniki xidmətin satın alınması ilə bağlı tender elan edib.
Klinikadan bildirilib ki, satınalma qaldırıcı avadanlıq və aksesuarlar üzrə həyata keçirilir və prosedur tam elektron qaydada portal vasitəsilə aparılacaq.
Məlumata görə, tenderin ehtimal olunan qiyməti 20 464,74 manat təşkil edir. Təkliflərin son təqdim olunma tarixi 2 mart 2026-cı il saat 16:00-dır. Zərflərin açılışı da eyni tarix və saatda baş tutacaq.
Qeyd olunub ki, iştirak haqqı 40,93 manat, istifadə haqqı isə 25 manatdır və ödənilmiş məbləğlər geri qaytarılmır. Tenderin baş tutması üçün minimum üç iddiaçı tələb olunur.
Satınalma çərçivəsində müxtəlif texniki hissələrin – plata DOC-132, 32A və 16A kontaktorlar, SMPS enerji bloku, plata DHG-162 və plata DPP modullarının alınması və quraşdırılması nəzərdə tutulur. Ümumilikdə siyahıda 18 adda ehtiyat hissəsi yer alır.
Klinikadan vurğulanıb ki, liftlərin müntəzəm texniki xidməti və nasaz hissələrin vaxtında dəyişdirilməsi müəssisədə təhlükəsizliyin və fasiləsiz fəaliyyətin təmin olunması baxımından vacibdir.
Tender üzrə əlaqələndirici şəxs satınalma şöbəsinin müdiri Vüsal Hüseynovdur. Elektron kotirovka sorğusunun şərtlərini 16 fevral 2026-cı il saat 15:30-dan sonra əldə etmək mümkündür.
