BİZNES

16 Fevral

Liftlərə texniki xidmət üçün tender elan edilib

16 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyası liftlərin texniki xidmətinin satınalınması üzrə elektron müsabiqə elan edib.

Finss.az xəbər verir ki, müsabiqə portal üzərindən keçiriləcək və təkliflərin son təqdim olunma tarixi 2 mart 2026-cı il saat 14:00-dır. Zərflər həmin gün açılacaq.

Müsabiqə çərçivəsində yük və sərnişin liftlərinə ayda ən azı iki dəfə texniki xidmət göstərilməsi, nasazlıqlara dərhal cavab verilməsi, elektrik və mexaniki sistemlərin yoxlanılması, sazlanması və təmizlənməsi tələb olunur. Həmçinin Di1-PA13 və Otis modellərinə uyğun inverter və əks-yük başmaqları da tədarük olunmalıdır.

Müsabiqənin ehtimal olunan qiyməti 9 038,80 AZN, iştirak haqqı 18,08 AZN, portal istifadə haqqı isə 25,00 AZN təşkil edir. İştirak üçün tələb olunan minimal iddiaçı sayı üç nəfərdir.

Satınalmanı həyata keçirən təşkilatın əlaqə şəxsi Orxan Vəliyevdir, ona [email protected] e-poçt ünvanı və +994 50 201 17 39 telefon nömrəsi vasitəsilə müraciət etmək olar.