2025-ci il ərzində Səngəçal terminalı vasitəsilə təxminən 209 milyon barel neft və kondensat ixrac edilib və bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunub.
Finss.az bp-nin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ildə qeydə alınmış 225 milyon barel ilə müqayisədə illik ifadədə 7,1% azalma deməkdir.
Məlumata görə, 2025-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil olunan neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli davam edib.
Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat təşkil edir. Şahdəniz qazı üzrə emal gücü gündəlik təqribən 81 milyon standart kubmetr səviyyəsindədir.
Ümumi qaz emalı və ixrac gücü isə – AÇG səmt qazı da daxil olmaqla – gündəlik təxminən 100 milyon standart kubmetr təşkil edir.
Fuad Mədətov
Finss.az
