BİZNES

13 Fevral

Azərbaycanda xam neftin gündəlik hasilatı 459 min barrel olub - OPEC

2026-cı ilin yanvar ayında Azərbaycanda xam neftin hasilatı orta hesabla günə 459 min barrel təşkil edib.

Finss.az OPEC-in hesabatına əsasən xəbər verir ki,  təşkilatın məlumatına görə, bu göstərici 2025-ci ilin dekabr ayı ilə müqayisədə dəyişməz qalıb, lakin noyabr ayı ilə müqayisədə (günə 457 min barrel) artım nümayiş etdirib.

Bundan əlavə, OPEC bildirir ki, 2025-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla günə 461 min barrel təşkil edib. Bu göstərici 2024-cü ildə günə 481 min barrel olub.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən:

  • 16,2 milyon ton “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının,
  • 3,8 milyon ton “Şahdəniz”in,
  • 0,6 milyon ton “Abşeron” yatağının,
  • 7,1 milyon ton isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub, bunun:

  • 20 milyon tonu konsorsiumlar,
  • 2,5 milyon tonu SOCAR,
  • 0,6 milyon tonu JOCAP tərəfindən təmin edilib.

Fuad Mədətov
Finss.az