2025-ci ildə Azərbaycanda qaz kondensatı hasilatı 4,912 milyon ton təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 373 min ton və ya 7,1% azdır.
Hesabat ilində ümumi neft hasilatında kondensatın payı 17,7%, neftin payı isə 82,3% (22,768 milyon ton) olub.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı daxil olmaqla ümumi neft hasilatı 27,7 milyon ton təşkil edib. Bu həcmdən:
- 16,2 milyon ton “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının,
- 3,8 milyon ton “Şahdəniz”in,
- 0,6 milyon ton “Abşeron” yatağının,
- 7,1 milyon ton isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.
Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub, bunun:
- 20 milyon tonu konsorsiumlar,
- 2,5 milyon tonu SOCAR,
- 0,6 milyon tonu JOCAP tərəfindən təmin edilib.
Fuad Mədətov
Finss.az
