2025-ci ildə Azərbaycanda 15,416 milyard kubmetr həcmində səmt qazı (neft yataqlarının qazı) hasil edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin səviyyəsi ilə müqayisədə 318,1 milyon kubmetr və ya 2,1% çoxdur.
Hesabat ilində 15,416 milyard kubmetr səmt qazının 4,023 milyard kubmetri əmtəəlik qazın payına düşüb. Ümumilikdə isə səmt qazının ölkədə qaz hasilatında payı 30,3% təşkil edib.
Qeyd olunur ki, yerdə qalan hissəsi, yəni 35,499 milyard kubmetr və ya 79,7%, təbii qazın (qaz yataqlarının qazı) payına aiddir.
Fuad Mədətov
Finss.az
