2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 258,7 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% çoxdur.
Hesabat dövründə içkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,9% təşkil edib.
Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində ümumi satış 5,3 milyard manat olub. Bunun 2,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir.
Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib.
Fuad Mədətov
Finss.az
