2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2,6 milyard manatlıq ərzaq məhsulları satılıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.
Hesabat dövründə ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 49,1% təşkil edib.
Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində ümumi satış 5,3 milyard manat olub. Bunun 2,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir.
Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz olub.
Fuad Mədətov
Finss.az
