BİZNES

13 Fevral

Azərbaycanda avtomobil benzini və dizel yanacağı satışları artıb

2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 303 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.

Hesabat dövründə avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin xüsusi çəkisi 5,7% təşkil edib.

Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində ümumi satış 5,3 milyard manat olub. Bunun 2,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir.

Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz olub.

Fuad Mədətov
Finss.az