2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 5,3 milyard manat təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bunun 2,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir.
Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz olub.
Hesabat ayında alıcıların xərclərinin strukturu belə formalaşıb: ərzaq məhsullarının payı 49,1%, içkilər və tütün 4,9%, toxuculuq məhsulları, geyim və ayaqqabı 14,4%, avtomobil benzini və dizel yanacağı 5,7%, elektrik malları və mebel 4,5%, əczaçılıq məhsulları və tibbi ləvazimatlar 2,7%, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları 1,5%, digər qeyri-ərzaq malları isə 17,2% təşkil edib.
Qeyri-dövlət sektoru pərakəndə ticarətin əsasını təşkil edir: hesabat ayında satışın 99,8%-i qeyri-dövlət sektoruna aid olub və ötən ilin yanvar ayı ilə müqayisədə real ifadədə 3,8 faiz artıb.
Müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi 5,4 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 5,5 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla 515,7 manat xərcləyib, o cümlədən 278,6 manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 237,1 manat isə qeyri-ərzaq mallarına sərf olunub.
Fuad Mədətov
Finss.az
