2026-cı ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 9 milyard 78,7 milyon manat olub, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb.
Hesabat dövründə ÜDM-in sektor üzrə payı belə formalaşıb:
- Sənaye: 33,9%
- Ticarət və nəqliyyat vasitələrinin təmiri: 11,7%
- Nəqliyyat və anbar təsərrüfatı: 7,8%
- Tikinti: 3,6%
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 3,3%
- Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 2,4%
- İnformasiya və rabitə sahələri: 2,2%
- Digər sahələr: 23,4%
Məhsula və idxala xalis vergilər isə ÜDM-in 11,7 faizini təşkil edib.
Bununla yanaşı, hər nəfərə düşən ÜDM 884,5 manat səviyyəsində olub.
Fuad Mədətov
Finss.az
