Azərbaycanda 2026-cı ilin yanvar ayında sənaye məhsulu istehsalı 4,7 milyard manat təşkil edib, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,5 faiz artım deməkdir.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunda, 35,2 faizi emal sektorunda, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.
Emal sektorunda əhəmiyyətli artımlar belə olub:
- Əczaçılıq məhsulları: 2,8 dəfə
- Avtomobil, qoşqu və yarımqoşqu istehsalı: 2,1 dəfə
- Maşın və avadanlıqların quraşdırılması və təmiri: 92,7%
- Elektrik avadanlıqları: 53,2%
- Tikinti materialları: 39,3%
- Tütün məmulatları: 37,4%
- Kağız və karton istehsalı: 26,1%
- Toxuculuq sənayesi: 20,3%
- Poliqrafiya məhsulları: 8,2%
- Geyim istehsalı: 3,9%
Bununla yanaşı, bəzi sahələrdə istehsal azalması müşahidə olunub:
- Hazır metal məmulatları: 28,5%
- Ağac emalı və ağacdan məmulatlar: 26,7%
- Kimya sənayesi: 21,2%
- Neft məhsulları: 16,4%
- Maşın və avadanlıqlar: 10,8%
- Kompüter, elektron və optik məhsullar: 6,7%
- Rezin və plastik kütlə məmulatları: 6,7%
- Dəri və dəri məmulatları, ayaqqabılar: 6,7%
- İçkilər: 6,4%
- Metallurgiya sənayesi: 3,9%
- Qida məhsulları: 0,6%
- Mebel istehsalı: 0,3%
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 faiz azalıb.
Fuad Mədətov
Finss.az
