BİZNES

12 Fevral

Azərbaycanda dövlət, qeyri-dövlət sektoru üzrə əməkhaqqı artımı və işçi payları açıqlanıb

2025-ci ilin ilkin məlumatlarına əsasən, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1 102,9 manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, orta aylıq əməkhaqqı xüsusilə mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək olub.

2026-cı il yanvarın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 808,0 min nəfər olub ki, onlardan 865,8 min nəfəri dövlət, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin sektoral bölgüsü belə olub:

  • Ticarət və nəqliyyat vasitələrinin təmiri: 18,6 %
  • Təhsil: 18,1 %
  • Sənaye: 13,8 %
  • Əhaliyə səhiyyə və sosial xidmətlər: 8,5 %
  • Tikinti: 6,6 %
  • Dövlət idarəetməsi və müdafiə; sosial təminat: 6,2 %
  • Nəqliyyat və anbar təsərrüfatı: 4,4 %
  • Peşə, elmi və texniki fəaliyyət: 3,9 %
  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2,4 %
  • Maliyyə və sığorta fəaliyyəti: 2,4 %
  • Digər sahələr: 15,1 %

Fuad Mədətov
Finss.az