BİZNES

12 Fevral

Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar artıb

2026-cı ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 405,9 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 75,6 faiz çoxdur.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

İnvestisiyaların sektoral bölgüsü belə olub:

  • Neft-qaz sektoru: artım 78,3 %
  • Qeyri-neft-qaz sektoru: artım 73,9 %

İstifadə olunmuş investisiyanın məbləği:

  • Məhsul istehsalı sahələri: 758,6 milyon manat (54,0 %)
  • Xidmət sahələri: 551,0 milyon manat (39,2 %)
  • Yaşayış evlərinin tikintisi: 96,3 milyon manat (6,8 %)

Əsas kapitala yönəldilmiş investisiyaların 71,4 faizi (1 004,0 milyon manat) daxili investisiyalar, 41,1 faizi (577,2 milyon manat) isə birbaşa tikinti-quraşdırma işlərinə sərf olunub.

Fuad Mədətov
Finss.az